İşlənmiş maskaları yenidən satışa göndərdilər – Şok hadisə

Tailandın hüquq-mühafizə orqanları istifadə olunun tibbi maskaları yeni adı ilə satışa göndərən fabriki aşkar edərək bağlayıb.

Müstəqil.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda hadisənin baş verdiyi vilayətin polis idarəsinin rəisi məlumat verib.

Onun sözlərinə görə, asayiş keşikçiləri qanunsuz fəaliyyət barədə məlumat əldə etdikdən sonra müəssisədə yoxlamalar aparıb.

Polis istifadə edilən üz maskalarını ütüləyərək, yeni qablaşdırmaya yığan və satışa göndərən altı nəfər işçini hadisə üstündə yaxalayıb.

Hüquq-mühafizə orqanları bütün üz maskalarını müsadirə edərək, müayinə üçün Ticarət Nazirliyinə göndəriblər.(Mətbuat.az)

Share: