Miqrantları daşıyan qayıq batdı

Yunanıstanda qanunsuz miqrantları daşıyan qayıq batıb.

Müstəqil.az xəbər verir ki, hadisə nəticəsində 1 azyaşlı ölüb.

Yunanıstan polisindən verilən açıqlamada olayın Midilli adası sahillərində baş verdiyi, qayıqda 50 nəfərin olduğu bildirilib.

AFP xəbər agentliyinin məlumatına görə, daha bir azyaşlının vəziyyəti ağırdır.

Share: