Gülşən Mustafa müəllimlik etdiyi 64 saylı məktəbdə yeni kitabını təqdim edəcək…

Müstəqil.Az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Gülşən Mustafanın sayca ikinci olan “Hasar” adlı hekayələr kitabı işıq üzü görüb.

28 fevralda, saat 12:00 da, müəllifin müəllimlik etdiyi Xətai rayonunda yerləşən 64 saylı məktəbdə kitabın təqdimat mərasimi keçiriləcək.

Tədbir çərçivəsində müasir Azərbayan ədəbiyyatının tanınmış imzaları da məktəbə dəvət olunub. Əsas məqsəd, bu imzaları müəllim, şagird və valideynlərlə tanış etmək, yazıçı və şairlərlə oxucu kontingentinin canlı ünsiyyətinə nail olmaqdır.

Bundan başqa, məktəbin kitabxanasında “müəllifindən imzalı kitab” bölməsi hazırlanır.

Tədbirdə iştirak edən hər müəllifdən, minimum bir nüstə kitab məktəb kitabxanasının zənginləşdirilməsi üçün nəzərdə tutulub.

Giriş sərbəstdir.

Media nümayəndələri dəvətlidir.

Müəllifə yaradıcılıq uğurları arzulayırıq.

 

Aysel Səfərli

Müstəqil.Az

Gülşən Mustafanın hekayələr kitabı çap olunub

 

Share: