Koronavirusla bağlı DƏHŞƏTLİ HESABAT: Yüzminlərlə insan öləcək

Böyük Britaniya hökuməti tərəfindən hazırlandığı iddia edilən koronavirusla bağlı hesabat mediaya sızıb.

Publika.az xəbər verir ki, hesabatda ölümcül virusun törədə biləcəyi ən pis ssenariyə dair məlumatlar yer alıb. Gizli hesabata görə, virusun yayılma sürəti artan xətt üzrə davam edərsə, təkcə Böyük Britaniyada 500 min insan ölə bilər.

Ümumilikdə krallıqda virusun 50 milyon insana yoluxacağı güman edilib. Hökumət hələlik mediaya sızan hesabatla bağlı açıqlama verməyib.

 

Müstəqil.Az

Share: