30 erməni azərbaycanlılara hücum etdi: yarısı qaçdı, yarısı isə…

Dünən Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Müstəqil.Az xəbər verir ki, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin Report-a bildirdiyinə görə, milliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib.

Verilən məlumata əsasən, hadisə milli zəmində baş verib.

***

Digər həmyerlilərimizin hadisə yerinə gəldiyini görən ermənilərin bəziləri ərazidən qaçıb, digərləri isə baş verən insidentə görə azərbaycanlılardan üzr istəyib.

Hadisə yerində olan Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev vəziyyətin nəzarətdə olduğunu bildirib.

“Hazırda Rusiya hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən araşdırma aparılır, hadisənin nəzarətdən çıxmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Biz, həm hüquq-mühafizə orqanları, həm də soydaşlarımızla daima əlaqədəyik”, – deyə Ş.Tağıyev bildirib.

Müstəqil.Az

 

 

Share: