Misirdə ölkə əhalisinin sayı 100 milyon nəfəri ötüb

Egyptian anti-government protesters gather at Cairo's Tahrir Square on February 4, 2011 during "departure day" demonstrations to force President Hosni Mubarak to quit after he said he would like to step down but fears chaos would result. AFP PHOT0/MARCO LONGARI (Photo credit should read MARCO LONGARI/AFP/Getty Images)

Misirdə ölkə əhalisinin sayı 100 milyon nəfəri ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Misirin İctimai Səfərbərlik və Statistika Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Misirdə son 150 il ərzində əhalinin sayı 91 milyon nəfərdən çox artıb. Belə ki, 1897-ci ildə bu ölkənin əhalisi cəmi 9,7 milyon nəfər olub. İndi isə təkcə Qahirə qubernatorluğu əhalisinin sayı (9,924 milyon nəfər) bundan çoxdur. Ona bitişik Giza vilayətinin əhalisi 9,75 milyon, Şərqiyyə isə 7,536 milyon nəfərdir.

Statistik məlumatlara xarici ölkələrdə yaşayan 13 milyon misirli daxil edilməyib. BMT əhalinin siyahıyaalınması üçün Misir hökumətinə maliyyə yardımı ayırıb.

Müstəqil.Az
29 baxılıb
mersin escort bayan