Google-da Azərbaycanla bağlı xoşagəlməz hal – “Gəncə” yazırsan, rus dilində “marixuana” çıxır – VİDEO

Dünyaca məşhur google şirkətinin tərcümə proqramında Azərbaycanla bağlı xoşagəlməz hala rast gəlinir. Beləki tərcümə proqramında Azərbaycanın ən böyük şəhərlərindən olan Gəncənın adını rus dilini tərcümə edərkən qarşılığı kimi marixuana yazılır. Mütəxəssislər isə bu kimi səhvlərin aradan qaldırılması üçün google şirkəti ilə əməkdaşlığı vacib sayır.

Azərbaycan dilində ən böyük şəhərlərimizdən olan Gəncə yazırsan Rus dilində tərcüməsi kimi narkotik bitki olan Marixuana çıxır. Bu xoşagəlməz hal dünyaca məşhur axtarış sistemi olan Google-un tərcümə proqramında müşahidə edilir.

İnformasiya kommunikasiya texnalogiyaları üzrə mütəxəssis Osman Gündüzün sözlərinə görə Google şirkətinin bu kimi tərcümə proqramlarını hazırlayarkən hansı mənbələrdən faydalandığı bilinmir. Adətən Azərbaycan kimi kiçik ölkələr üçün belə xidmət xüsusi alqaritimlərlə tənzimlənir və gəlir gətirmədiyindən onun işləmə mexanizmi dəqiq hazırlanmır.

Mütəxəssislərin sözlərinə görə bu xoşagəlməz halın aradan qaldırılması üçün Google şirkəti ilə əməkdaşlıq mütləqdir. Onun üçün də yaxşı olardı ki, dövlət qurumları bu işi təşkil etsin.

Osman Gündüzün sözlərinə görə Google şirkəti ilə bu əməkdaşlıq təmin edilsə Azərbaycan vətəndaşlarına daha peşəkar tərcümə proqramını təqdim etmək mümkün olar.

Müstəqil.Az

Share: