Bakıda dəhşətli hadisə: Ər avtomobillə arvadının üzərindən keçdi

Bakıda bədbəxt hadisə baş verib.

Müstəqil.Az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.

Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. / Report

Share: