Yazarlarımız kimi MM-də görmək istəyir…. – Sorğu

Müstəqil. Az tanınmış yazarlar arasında Milli Məclisə namizədliyini irəli sürmüş qələm adamları, jurnalist və mətbuata açıq olan  siyasətçilərdən Parlamentdə kimi görmək istərdiz deyə sorğu keçirdi?

Yazıçı Aləm KƏNGƏRLİnın deputat kimi görmək istədiyi namizədlər bunlardı:
Sabir Rüstəmxanlı, Fəzail İbrahimli,  Əvəz Qurbanlı ,Samir Əsədli ,İqbal Ağazadə  Zəlimxan Məmmədli,  Ceyhun Musaoğlu ,  Yasəmən Qəyyumlu, Kəramət Böyükçöl, Aqil Abbas, Günel Eyvazlı və Sayman Aruz.

Yazıçı Natəvan Dəmirçioğlu:

Sorğudan göründüyü kimi və sorğunun yazarlar arasında keçirilməsi onu yazarların öz qələm yoldaşlarının seçilməsinə münasibətinin öyrənilməsi kimi dəyərləndirmək olar. Bir mənalı bildirmək istəyirəm ki, yazıçı, alim, jurnalist dostlardan o insanların seçkiyə qatılmasını və seçilməsini məqbul sayıram ki, onların siyasi təfəkkürü var və ya işlərində, yaradıcılığında siyasi təcrübəyə sahibdirlər, ictimai əxlaq və ictimai nüfuz məsələlərinə məsuliyyətlə yanaşırlar.
Sırf siyasi insanların isə o kəsimi mənim üçün dəyərlidir ki, onlar siyasi peşəkar olmaqla, tribun olmaqla və ideoloq olmaqla bərabər, sənət anlayışına sahibdir, ədəbiyyat oxuyur, sənətkarları tanımağa çalışır və onlara qiymət verə bilir.
Qanunverici orqan olaraq MM qanunları yazan, yazılan qanun layihələrini oxuyub ağıllı təkliflər verən, lazımı düzəlişlər edən, ideya vermək potensialına sahib olan, ləyaqətli insanların məkanı olmalıdır.
Təqdim olunan siyahıda yaxından tanıdıqlarımdan Əkbər Qoşalının göstərilən patametrlərə uyğun gəldiyini, Sayman Aruzun Güney problemlərimizi yaşayan biri kimi gərəkli olduğunu deyə bilərəm. Aqil Abbasla bir gün ərzində tanınmış ziyalılarla birgə Ağcabədiyə, Ağdama- sərhəddə qədər səfər etmişəm, ermənilərlə təmas xəttində olmuşuq. O səviyyədə camaatını sevən insanımızın çox olmasını arzu edirəm. Seçilmişlər seçilsin.
Şair Gülnar Səma: Əkbər Qoşalı
Şair Rəfael Tağızadə: İqbal Ağazadə, Sabir Rüstəmxanlı,  Samir Əsədli, Kəramət Böyükçöl, Aqil Abbas…

Şair Faiq Balabıyli : Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, İqbal Ağazadə, Rəfael Hüseynov, Kəramət Böyükçöl, Sayman Aruz, Ceyhun Musaoğlu, Samir Əsədli, Fərqanə Əliyeva
Müstyəqil.Az
Share: