“YOXLUĞUNA ÜRƏYİMİZ YANACAQ…Mirzə Xəzərin ruhuna…”-Şirinxanım Kərimbəyli Şadiman

 

YOXLUĞUNA ÜRƏYİMİZ YANACAQ                                    

 

(Almaniyada haqq dünyasına qovuşmuş

qeyrətli Vətən oğlu Mirzə Xəzərin ruhuna)

 

Doxsanıncı ilin soyuq qış günü…

Yurdumuzun gözdən axan yaş günü.

Xalqımızın köməksiz, çaş-baş günü,

Mirzə Xəzər, səsin oldu ox-bıçaq,

Yoxluğuna ürəyimiz yanacaq.

 

Səsimizi aləmə car eylədin,

Vətən eşqin qəlbinə yar elədin,

İşğalçının əməlin xar eylədin,

Mirzə Xəzər, Vətən səni anacaq,

Yoxluğuna ürəyimiz yanacaq.

 

Azərbaycan həqiqətin hayqırdın,

Düşmənləri sözlə candan çox vurdun,

Haqq səsinlə qəfəsmizi tez qırdın,

Mirzə Xəzər, çatdın qəlbdə gur ocaq,

Yoxluğuna ürəyimiz yanacaq.

 

Hara getdin, Vətən eşqin yaşatdın,

Düşmənlərə qələminlə daş atdın,

Dildən qopan haqq sözünlə yaşıtdın,

Radioda səsin səni sanacaq,

Yoxluğuna ürəyimiz yanacaq.

 

Yer üzünə Azərbaycan çağlatdın,

İblislərin yolun kəsdin, ağlatdın.

Harayınla yağı yolun bağlatdın,

Hər səsini eşidəndə sınacaq,

Yoxluğuna ürəyimiz yanacaq.

 

Sən Vətənə haqqı öyən dil idin,

Avropada şəri vuran əl idin,

Qürbətlərdə şan-şərəfli el idin,

Mühacirlik ürəyinə oldu dağ,

Yoxluğuna ürəyimiz yanacaq.

 

Boğulurdu nəfəsimiz, səsimiz,

Oynanırdı fitvalarla hissimiz,

Yazılmışdı şər əlində qəsdimiz,

Boyanmışdı çirkablara üstümüz,

O günlərdə sənin üzü oldu ağ…

Yoxluğuna ürəyimiz yanacaq.

 

Mirzə Xəzər, ölümündən sarsıldım,

Qara Yanvar ağrısından asıldım,

O günlərdən qopan vaya qısıldım,

Nə yaxşı ki, sən var idin, sən ancaq!…

Yoxluğuna ürəyimiz yanacaq.

Yoxluğuna ürəyimiz yanacaq.

02.02.2020

Şirinxanım Kərimbəyli ŞADİMAN

Müstəqil.Az

Share: