İranda içərisində 110 nəfərin olduğu təyyarə qəzaya uğradı

“İran Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kirmanşah şəhərində aeroporta enərkən uçuş-eniş zolağından çıxıb. Təyyarədə həmin vaxt 102 sərnişin və səkkiz heyət üzvü olub.

Bu barədə “Mehr” agentliyi xəbər yayıb.

Bildirilir ki, hadisə nəticəsində zərər çəkən olmayıb.

İlkin ehtimallara görə, təyyarənin ön şassisində problem yaranıb.

Xatırladaq ki, bundan əvvəl də Qorqandan Tehrana uçan laynerin göyərtəsində yanğın olmuşdu. Pilotlar təyyarəni uğurla endirə bilmişdilər.

Share: