“Türk Hava Yolları” Çinə uçuşları dayandırdı

Türkiyənin əsas hava daşıyıcı şirkəti olan “Türk Hava Yolları” yeni növ koronavirus təhlükəsi səbəbi ilə Çinə uçuşları dayandırdı.

“RİA Novosti” xəbər verir ki, şirkət  fevralın doqquzuna dək Pekin, Quançjou, Şanxah və Sian şəhərlərinə uçuşların olmayacağını elan edib.

Qeyd edək ki, daha əvvəl American Airlines, Delta и United, British Ariways, Lufthansa, Air France, SAS, Finnair və digər nəhəng hava daşıyıcı şirkətlər Çinə uçuşların azaldılması və ya tamamən dayandırlması barədə məlumat yayıblar.

Müstəqil.Az

Share: