“Bir dəstə yeniyetmə Dağlı Məhəlləsində narkomaniyanın tüğyan etməsindən söz açdı” -NAMİZƏD XANIM

Yeniyetmələr xanım namizəddən nə xahiş etdi ?

Parlament şeçkilərinə sayılı günlər qaldı. MM- deputatlığa namizədlərin təbliğat-təşviqat işləri davam etmədə, seçicilərlə görüşlər keçirməkdədirlər.

Müstəqil.Az 15 saylı Yasamal Birinci seçki dairəsindən deputatlığa namizəd f.ü.f.d.Fərqanə Aydın qızı Əliyeva ilə görüşüb, xanım namizədlə seçki öncəsi söhbət edib:

    – Fərqanə xanım, seçkiyə hazırlıq işləriniz necə gedir?

– Bu ayın 17-dən indiyə qədər Azərvbaycan Respublikasının seçki qanununun tələblərinə uyğun olaraq mənim seçki komandam, vəkillərim təbliğat-təşviqat işlərinə başlayıb. DSK-nın nəzərdə tutduğu yerlərdə seçicilərlə görüşlərim keçirirlir. Seçicilərə öz platformam haqda məlumatları çatdırırıq və onları narahat edən məsələlər haqda bilgi əldə edirik.

    – Necə düşünürsüz, namizədliyinizi irəli sürdüyünüz seçki dairəsinin seçicilərinin hamısının problemlərini dinləyə bilmisiz ki?
   – Sözsüz ki, hər kəslə fərdi görüşlər keçirib, onların problemləri ilə tanış olmaq vaxt etibarı ilə mümkün deyil. Amma, çalışırıq ki, hər kəsi narahat edə biləcək problemlərlə tanış olaq. Buna görə də məhəllə görüşlərinə üstünlük verirəm, özüm seçicilərin yanına gedirəm. Bir mənalı olaraq deməliyəm ki, vəziyyət çox acınacaqlıdır, hətta kritik həddə çatıb.

    – Konkretləşdirmək mümkündürmü?

– Hər şey göz qabağındadır. Bilirsiz, mən təhsil işçisiyəm, elm adamıyam, hazırda da DİN-nin Polis Akademiyasında çalışıram. Bu üzdən Yasamal rayonun ətraf məhəllləri ilə heç bir əlaqəm olmayıb. Amma indi görürəm ki, bu problemlər bir günün, bir ayın, bir ilin çatışmazlıqları deyil. İllərlə üst-üstə yüklənmiş problemlərin həlli də bir günün, bir ayın, bir ilin içində öz müsbət həllini tapa bilməz. Bunun üçün ilk öncə bu problemləri əlaqədar təşkilatların yadına salmaq, gündəmdə saxlamaq, həllinə çalışmaq lazımdır ki, mən bütün bunları etməyə hazıram.
    – Görüşlərinizə əsasən kimlər gəlir?

– Müxtəlif yaşda olan seçicilərlə ünsiyyətdə olmuşam. Onların problemlərini ürək ağrısız dinləmək olmur. Bu illər ərzində Yasamalın bir çox məhəllələri unudulmuş halda, Allaha ümüd yaşayırmış. Konkret dağlı məhəlləsi haqda deyim ki, axşamlar küçələr qaranlığa bürünür. Elektrik dirəkləri yoxdur. Olanlarda da çoxdan, Sovetdən qalma dirəklərdir ki, istismar müddəti başa çatıb. Məhəllələrin qaranlıq olması, insanların işsizlikdən əziyyət çəkməsi gənclərin pis əməllərə, vərdişlərə sürüklənməsinə münbüt şərait yaradır. Görüşlərimizin birində bir dəstə yeniyetmə bizə yaxınlaşdı, narkomaniyanın tüğyan etməsindən, buna yox deməyin yollarını araşdırmaq və həllinə nail olmaq üçün əlaqədar təşkilatlar qarşısında məsələni qaldırmağı xahiş etdilər.
Şərifzadə küçəsində keçirdiyimiz məhəllə görüşlərində də problemlərlə qarşılaşdıq. “Xuruşovka” adlanan 5 mərtəbəli binaların zirzəmiləri qurunt suları ilə doludur. Üfunət qoxusu gəlir. Yayda isə müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. İndidən həyəcan təbili çalıram. İnşallah, deputat seçilərəmsə səsimin daha uzaqlara çatacağına əminəm.

Yasamal rayonu 52 saylı orta məktəbin valideynləri məktəbin kanalizasiya sisteminin işləmədiyini və təlim-tərbiyə ocağının da ifunət iyi verdiyini, uşaqların sağlamlığına zərər gətirdiklərini də görüşümüz zamanı ürək ağrısı ilə qeyd etdilər. Ümumiyyətlə məktəbin infrastrukturu müasir tələblərə cavab vermir. Məktəb təmirə bağlanmalıdır. Fürsətdən istifadə edib, neçə gündə üzləşdiyim reallıqlardan danışıb aidiyyatı qurumlara səslənirəm. Maraqlıdır, görəsən  Təhsil Nazirliyi, icra hakimiyyətinin nümayəndələri təhsil ocağının sağlamlığa ziyan vuran ifunətini görmürlər? Görmürlərsə, mən yerini göstərdim, bir əncam çəksinlər…

Tural Balabəyli

 

 

 

Share: