Bu vətəninə,dövlətinə olan sevginin sübutu,problemli vətəndaşların ona olan inam və etimadı uğrundakı aktiv fəalliyət prosesidir. – Pərvin Babayeva

Parlament seçkilərində namizədliyi təsdiqlənən şəxslərdən biri də 12 saylı Binəqədi-Yasamal—Qarabağ seçki dairəsi üzrə  Pərvin Babayevadır.

Pərvin Babayeva Çingiz qızı 1985-ci ildə Bakı şəhərində anadan olmuş, 8 saylı orta məktəbi bitirmiş, ilk ali təhsilini Azərbaycanda almış, daha sonra Moskva Texnologiya Universitetinin   Maliyyə Kredit fakultəsində davam etdirmişdir. 2006-2009-cu illərdə Azərbaycan Dövlət Neft  Şirkətinin “Neftqaztikinti” trestində texniki işçi, mühəndis, və İcraya Nəzarət şöbəsinin rəisi vəzifələrində çalışmış, 2009-2017-ci illərdə  özəl sektorda kadrlar üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir.

2015-ci ildən bu günə qədər “Sevinc Tənha  Analara Dəstək” qrupunun təsisçi sədri kimi  sahibsiz yaşlı insanların,imkansız ailə üzvlərinin, serebral iflicdən əziyyət çəkən şəxslərin maddi və mənəvi qayğılarının ödənilməsini,bir sıra pulsuz tibbi xidmətlərlə təmin olunmasını ehtiva edən  işlər  görmüş və görməyə də davam etməkdədir.

Xanım namizəd deputat statusu qazanacağı təqdirdə  sadalanan problemləri daha geniş şəkildə müzakirə edilməsi,effektiv həll yollarının tapılması istiqamətində xalqın vəkili kimi öz təklifllərini,fikirlərini geniş tribunadan bəyan etmə fürsəti qazanacaqdır.

Parlament seçkiləri Pərvin xanım üçün öz şəxsi ambisiyaları naminə qoşulduğu bir marafon yarışı deyildir,bu vətəninə,dövlətinə olan sevginin sübutu,problemli vətəndaşların ona olan inam və etimadı uğrundakı aktiv fəalliyət prosesidir.   Xalqını,dövlətini sevən, onların daimi yanında olacağına inandığımız  layiqli  namizəd kimi Pərvin xanıma uğurlu qalibiyyət arzulayırıq.

 

AYBƏNİZ  ZEYNALLI

Müstəqil.Az

 

Share: