“Cahil bir qız uşağı gələcəyin cahil ailəsidir ,cahil ortamıdır,cahil gələcəyidir …”- Aysel Fikrət yazır…

 

Təhsil ,tərbiyə bu gənclərin öyrənməli olduqu ən vacib məqamlardan biridir  .

Görəsən övladlarlmıza bir valideyn olaraq və bir cəmiyyət olaraq doğru yolu göstərə bilirikmi ?

Bəli, indiki gənclər 90- cı illərin gənclərindən daha ağıllıdır ,daha çox dil bilir ,daha çox informasiya qəbul edir .Yalnız bu informasıya onların psixoloji vəziyyətinə mənfi təsir edir .Nəticədə indiki zamanın gəncləri daha aqressivdir.

Yəni belə çıxır ki, valideyn qızıl ortanı tapmalıdır .

Çox yüklənmədən təhsil yolunu seçmək gərəkdir .Övladının psixoloji durumu ona hər seydən vacib olmalıdır .Yalnız elə valideynlər də var ki, onlar nəinki öz övladlarını çox və ya az oxumasını tənzimləyir .Hətta onu məktəbə getməyə qoymur .

İnanın, Bakıdan yarım saat yolla ayrılan Bakı kəndlərində elə qeyri- adi valideynlər gördüm ki, bu yazını  yazmağa  məcbur oldum.

Bir neçə təəccübedici anların  öz gözlərim ilə şahidi oldum .Ola bilərmi ki insanların düşüncəsinin təhsilə artıq ehtiyacı olmasın?Onlar konstruktiv terminləri bilməklə kifayətlənsinlər .Nəyin harda necə olacağını mediya və digər informasiyadan əldə edib yanındakına ötürərək yəni bu cür də yaşamaq olar ?

Nəticədə təhsildə böyük çatlar əmələ gələ bilər .Gələcəyimizin təhlükədə olmağı da istisna deyil .Belə getsə bu kənd məktəblərindən məzun olan bəzi qız uşaqları heç adlarını yaza bilməyəcəklər .Çünki onlar ilin, günün bu vaxtı təhsildən yayındırılır .Evdə qapadılıb məktəbə getməyə qoyulmur .

Bu yaxlınlarda Bakı kənd məktəblərinının birində qonaq oldum  . Qız uşaqlarının siniflərdə çox az olduğunu  düşündüm . .Yalnız yanılmışdım  .Bu məktəbdə qız uşaqları çoxdur. Amma onlar erkən nişanlanır ,məktəbə buraxılmır ,təhsildən yayındırılır .İndiki zamanda Bakı kəndlərində bu hallar hökm sürür .Bundan əlaqədar təşkilatlar ya xəbərsizdir ya da bu mövzuya laqeyd yanaşırlar .

Təhsilin səviyyəsindən hələ söhbət açmadım .Müəllimlərin psixoloji durumundan danışmadım .Sadəcə qız uşaqlarının məktəbə buraxılmaması ,məktəbə gələn qız uşaqları yalnız valideynlə gedilməlidir ,tədbirlərə qatıla bilməz .

Əgər qız uşağı dərs əlaçısıdırsa  şəkli şərəf löhvəsinə vurula bilməz .Onun parta yoldaşı oğlan ola bilməz .Qız uşağının telefonu ola bilməz .Doqquzuncu sinifdən sonra məktəbə gedə bilməz .Yazılmayan və bir sıra ağlasığmayan qanunlarla yaşayan bir toplumun hələ də var olduğuna inanırsız ?

Bu belədir . Belə bir əhvalat  danışıldı .Qız 16 yaşına qədər məktəbə getmir ,indi nişanlanıb .Nişanlısı başqa şəhərdə oxuyur ,qıza mesaj yazır .Qız mesajı oxuya bilmir .Valideynlər qıza müəllim tutublar .Yox Təhsilə görə yox ,nişanlı oğlanın yazdığı məktubu oxumaq üçün …

Düzdür, bəlkə də sizə gülməli görünə bilər .Əslində isə cahilliyin böyük bir faciə olduğu ortadadır .Belə halları görəndə Mirzə Cəlilin əsər qəhrəmanları yadıma düşür və aradan iki əsrin keçib getdiyinə şübhə edirəm .Budur yəni…

Halbuki avtobusla evə qayıdanda yarım saat ərzində şəhərə çatdım .Bu cür vəziyyəti necə gözümüzdən qaçıra bilərik? Burnumuzun dibində canlı olaraq bir adam görüb sevinən ,onunla adi söhbətə xoşbəxtlik kimi baxan balaca bir kənd qızcığazının gözündəki o məsum gülüş haqqı, insanın ürəyi sızıldayır .

Bunun üçün necə mübarizə apara bilərik, onu düşünürəm .Rayonlarımızda bu vəziyyət bir az ürəkaçandır .Çünki Azərbaycanın Rayon və əyalətlərində  bu problemlərə az rast gəlinir .Ümidim odur ki,  yenə başlayaq kəndbəkənd düşək Azərbaycanın canına .Bir təhsilsiz qız uşağı evdə qalmasın .Hamı elm dalıyca..Demirəm hamısı elm adamı olsun,ən azından nadan olmasınlar .

Yenə də cəmiyyətimizi bu cür hallara laqeyd qalmamağa çağırıram .Qiz uşaqları üçün təhsil çox önəmlidir .Çünki cahil bir qız uşağı gələcəyin cahil ailəsidir ,cahil ortamıdır,cahil gələcəyidir .Cahillik də unutqanlıqdır .Get gedə bu uşaqlar özləri də özlərindən sonra gələn nəsil üçün də təhlükə olacaqlar .

 

Aysel Fikrət

Müstəqil.Az

155 baxılıb
mersin escort bayan