Ceyhun Kəlbiyev sakinləri narahat edən problemlərin həlli yollarının tapılmasına maksimum səy göstərməklə onların ümid və etimadlarını doğruldacaq…

Qarşıdan gələn parlament seçkilərində namizədliyi təsdiqlənən şəxslərdən biri də 75 saylı Lənkəran- Masallı seçki dairəsi üzrə  Ceyhun Ümüd oglu Kəlbiyevdir..

Namizədliyini irəli sürdüyü öz doğma regionunu layiqli şəkildə təmsil edəcəyinə inandığımız bu hörmətli insan hər zaman öz zəhmətkeşliyi, vətənpərvərliyi, hər hansı hadisəyə münasibətdə öz vicdanlı və həssas mövqeyi ilə daima fərqlənmişdir. Hər addımında doğulub boya-başa çatdığı Masallı rayonu da daxil olmaqla  əziz vətənimiz Azərbaycana olan sevgisini dilə gətirən bu vətənpərvər insan hər zaman Azərbaycanın inkişafı,sabitliyi və bütövlüyü üçün öz tövhəsini verməyə hazırdır.

Universitetdə təhsil aldığı dönəmdən iş fəaliyyətinə başlayan Ceyhun Kəlbiyev öz əməksevərliyi,bacarığı və əldə etdiyi bilikləri peşəkar şəkildə təkmilləşdirməklə qısa müddətdə karyerasının əsas hissəsi olan bank sahəsi üzrə başlamış, sonradan karyerasında inkişafa doğru gedərək İqtisadi İnkişaf Nazirliyində iqtisadçı kimi fəalliyyətini davam etdirmıiş və respublikadan kənar xarici ölkələrdəki mühüm  infrastruktur layihələrində  departament  rəhbəri kimi proseslərdə öz bilik və bacarığını ən yüksək səviyyədə nümayiş etdirmiş, ölkəsinə nüfuz qazandırmışdır.

Millət vəkilliyinə namizədliyini verməkdə məqsədi seçicilərin qayğısına sözün əsl mənasında qalmaq, qəsəbədə həkim məntəqələrin bərpası, körpə fidanlarımız üçün uşaq bağçalarnın tikilməsi, dövlətimizin yardımı ilə müasir kitabxanalar tikdirərək oxucuların ixtiyarına verməklə onları elmə, kitab oxumağa təşviq etməkdir.

Bütün bunlar bir daha Ceyhun Kəlbiyevin deputat seçiləcəyi tədqirdə təmsil olunduğu regionun inkişafına ,region sakinlərini narahat edən problemlərin lazımı qurumlara çatdırılmasına və həll yollarının tapılmasına maksimum səy göstərməklə onların ümid və etimadlarını doğruldacağına dəlalət edir.

 

Rəxşəndə Daşdəmirova

Müstəqil.Az

Share: