Putini hökuməti nəyə görə buraxdı? – Video

Rusiya Prezidenti Vladimir Putin milli layihələrin icrasından dolayı Dmitri Medvedyevin başçılıq etdiyi hökumətdən narazı idi.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

İddiaya görə, ötən ilin sonlarında Medvedyev və Putin bu məsələsini müzakirə edib və dövlət başçısı milli layihələrin milli hədəfə çatmasına yardım etməyəcəyi barədə məlumatlandırılıb.

“Bu, Putində olduqca emosional reaksiyaya səbəb olub”, – deyə məqalədə bildirilib.

Bundan əlavə, adı açıqlanmayan rusiyalı məmurun bildirdiyinə görə, Putin Medvedyev hökumətinin istefası ilə bağlı şəxsən qərar qəbul edib.

Qeyd edilir ki, sözügedən qərar hökumət üzvləri üçün gözlənilməz olub.

Kamran Ə.

Share: