Ələddin Əzimli :Nəvələrim tutub əllərimdən

Ələddin Əzimli – 65

Ələddin Əzimli imzası oxucuya doğmadı. Bu imzanın doğmalığına sığınanladan biri də mənəm. Doğrusu onu televiziya jurnalist kimi tanımışdım, və reportajlarına məmmuniyyətlə diqqət kəsilir, izləyirdim. Sonralar şair kimi də fəaliyyətinin olduğunun şahidi oldum və sevdim.

Onun haqqında hər ikimizin dostu, AYB-nin mərhum katibi, fillologiya elmləri doktoru, professor  Arif Əmrahoğlu mənimlə söhbətlərinizdə çox bəhs etmişdi. Tələbə yoldaşı olmuşdular. Onu əsl ziyalı və dost kimi xarakterizə etmişdi.

Doğrusu, etiraf etməliyəm ki,  Ələddin Əzimli ilə həmyerli olmağımın da onun yaradıcılığına daha çox diqqət kəsilməyimdə xüsusi rolu vardı.
Ələddin Əzimli bu gün də yazıb, yaradır və xüsusi olaraq qeyd edilməlidir ki,  şeirlərində daha çox yadda qalır. Bəlkə də bu ondan irəli gəlir ki, o artıq jurnalistika ilə o qəədər də məşğul deyil. Doğma Cəliliabadda, Alar kəndində öz hücrəsinə çəkilib başını nəvələri ilə qatır və eyni zamanda şeirlər yazır. Həm də narahat bir ömür yaşamada:

Qətrə-qətrə
sızır qan,
ürəyimin çatından, –

azır və bir neçə il bundan qabaq açıq ürək əməliyyatı keçirməsinin doğmalara yaşatdığı həyəcanı misralarına ötürür. Amma eyni zamanda ardınca da təssüfdən çox təəccüblü yaşantılar:

Amma nədənsə,
ölüm gecikir
nəvələrin bəxtındən
.

Həyat gözəldir, həyat gözəlliklərlə əhatələnib və davam edir:

Nəvələrim
tutub əllərimdən
məni
parka aparır, –
deyir şair.

 

65 illik ömrünün şirin xatirələrini doğma kənddə yaşayaraq vərəqləyir. Xatirələr isə vərəqləndikcə qürbət havasına bürünür. Şairin xəyalları qanadlandqca ona doğmaların yanında belə qürbəti yaşadır.

 

Qürbətin
sonu yox.
Bəlkə də qəriblərin
bundan
heç xəbəri yox.

Vətəni
tərk edəndə
minir
çiyninə qürbət.

Və ardınca da qürbətin necə ağrılı olmasının ifadə edən bir misra:

 

Günü xoş keçsə belə,
dəhşətdi,

dəhşət

 

 

Ələddin Əzimlinin yaradıcılını izlədikcə şahidi olduğumuz, ürəyimizdən tikan çıxarıldığı ifadələrin hamısı onun müşahidələrindən sonra qələmə alınmasıdır. Çoxlarının görə bilmədiyini görür, yaxud çoxlarının görüb ifadə edə bilmədiyini poeziyasının dili ilə oxucuya çatdırır. “Buludlar” şeirində olduğu kimi:

Göylər buludlu,
buludlar
tutqun və qəmli,

nəmlənib gözləri…

Genişliyin, ənginliyin içərisində “gözləri nəmli” buludlar şairin gözlərindən, fikrindən heç yayınmır:

Az keçmış
təzədən baxıram.
Göylər
yenə də buludlu,
aşağı torpaq…

Bəs bu ağrı, bu hüzün hardandır? Bu qədər sonsuzluğun, güeniçliyin içərisində nədən dərdli olmalıdır? Şairi maraqlandıran və cavabını axtardığı sual oxucuya da sirayət edir. Şairin misraları ilə, onun müşahidəsi və ifadəsi ilə özü-özünə sorum eduir:

 

Görən,
kimin və nəyin
dərdini çəkir
dolu buludlar
yağmazdan qabaq?..

Ələddin Əzimlinin şeirlərində ətrafda baş vermiş və baş verməkdə olan hadisələr özünün dolğun, bədii cəhətdən tam yüklənmiş halda qələmə alına bilir.  “DƏRDİHDƏN YIXILAN ADAM” şeirində

Dərdindən
yıxılan adam,

qolun-qıçın sındımı?
Səni kimsə
dərdindən ayırdımı?
–deyərək dğrılı adamdan hal-əhval tutduğu və ona bu halların yad olmamasını, sanki onunla həmdərd olmasını deyərək təskiulik verdiyi  kimi:

 

Mən
çox görmüşəm
dərdindən yıxılanları,
torpaqla bir olanları.
Çəkiləsi olsa da,
çox ucaymış bu dərd,
adamı bir yolluq edirmiş bu dərd,
salırmış yerin təkınə.

Ələddin Əzimlinin oxucuları ilə ən çox ünsiyyətdə ola biləcəyi axrıncı şeirlə kitabı olan “SUSMUŞ DƏNİZ”i vərələdikcə ilk olaraq üryimdən keçirdiyim budur: Nə yaxşı ki,  ədəbiyyatımızın Ələddin Əzimli kimi bir cəfakeşi var və o ömrünün bu lirik anında susmur, oxucusunu da özünün misraları ilə baş-başa saxlaya bilir.
Faiq Balabəyli

 

Ələddin Əzimli

 

EŞQ

Eşq
bir yuxu
bürüyüb dünyanı.
Gözlər
görmür həqiqəti
qulaqlar
haqqı eşitmir.
Ayaqlar
gedir qarasına,
ilanlar
çəkinə-çəkinə
girir yuvasına.
Yağan
qardı, ya yağış,
bilinmir-
heç
ayağın altı belə
görünmür.

Eşq
hüdudsuz bulud
sarılıb göylərə
sıxlaşır ağır-ağır.
Kənarda duranlar
heç
özü də bilmir,
niyə darıxır…

 

TƏNHALIQ

Yuxarı qayalıq,
aşağı çay.
Şüşəsiz pəncərəsi
çaya açılan
sahibsiz daxmanı
səs-küy alıb başına.
Xoş ahəng
cəlb eləyir
buralardan ötəni.

Qəribədir,
bu çalçağırda-
nə yuxarida,
nə də aşağıda
yada salan,
soraqlayan
olmadı məni…

 

SƏRXOŞ GECƏ

Yuxusu
dağılan gecə,
əlindəki qaranlığı
su kimi içə-içə
gəlir
mənə tətəf.
Məni də qatıb
barmaqlarının arasından
süzülən qaranlığa
udmaq istəyir.
Uzaqdan
duyuram bunu,
gecənin
sərxoş olduğunu…

 

TƏRAVƏTLİ SƏMA

Sübhün şəfəqi
dəydi çaya
şöləsi qalxdı.
Quşlar
dilə gəldl,
səsi qalxdı.
Onda gördüm
hər gülün,
hər çiçəyin
titrəyişi
bir özgə aləm.
Ruhum
uçmuş bədənimdən
oynamada!
Xoş,
təravətli səmada !…

 

ÜÇ AN

İki pəncərə var
otağımda.
Elə bilirsən,
pəncərədən düşür
otağın içığı.
Bəs ürəyim,
gözlərim?

Küncləri axtarır əllərim
nəyinsə ümidiylə.
Elə bilirsən,
əllərimdir
axtaran qaranlığı.
Bəs hənirtim,
səslərim?

Yuxudan oyanır gecə,
vurnuxur.
Elə bilirsən,
itiyini axtarır,
bəs gözlərim,
səsim,
dəcəl nəvələrim?..

 

AZADLIQ

Getdi hər kəs-
yaxşı da,
pis də.
Pərdələr bağlandı,
qapılar qapandı.
Tək-tənha qaldım
soyuq dəhlizdə.

Kim bilir
nə vaxt dönəcəklər,
məni
azadlığa buraxıb
sevindırəcəklər?..

 

GECƏ ŞEİRİ

Mən səndən
doymadım,
dəniz,
şirin yuxular kimi.
Axıtdın sularda
yorğun ruhumu
sərxoş
duyğular kımı.
Döndüm yosuna,
balığa…
Bilmırəm daha nəyə?
Bir də,
bir də gördüm ki,
dönmüşəm
əlçatmaz,
ünyetməz ayrılıqlara,
qarışmışam sulara…

 

YAZ SƏHƏRİ

Ayağını
asta qoy
çəmənlərin bəzəyi
gülün, çiçəyin üstə.
Əzilən bir ləçəyin
ayaq saxla səsınə.
Gur yağışa
sinəni aç,
qoy oxşasın ryhyny.
Sübhün şehi
tymar çəksin telinə.
Ləpirlərin-naxışlar,
gör necə də
könül seçər,
göz oxşar…

 

QƏRİB GÜN

Çoxdan,
lap çoxdan-
bəlkə də uşaqlıqdan
bu qədər
gəzməmişdim meşədə,
elə
yamacda, döşdə də.
Meşəni bölüb keçən,
daşları dilləndirən
çayın qırağında-
lap yaxınlığında
şırıltının səsini
layla bilib yatdığım
o qərib gün
nədənsə,
qəfil düşüb yadıma.
O qərib günün sədası
çox uzaqdan gəlsə də,
Günəşli çalarıyla
yeni
rəng qatıb həyatıma…

Formanın Yuxarısı

Formanın Aşağısı

 

DAHA QISA

Bu yarpağın yaşıl,
naşı vaxtı olub həyatında.
Sınamışam bunu
ötən illər ərzində-
həyatımda.

Bu çiçəyin
qönçəliyi
qətrə-qətrə ətirlənən
şehli vaxtı yadımdadır.
Ləçək-ləçək olub
küləklərə qoşulan vaxtı da.

Ömrümün
çılğın çağları,
xəyalımı
arandan dağa uçuran
gözəl anları
unudulub nədənsə.
Azalıb gediş-gəliş,
günlərsə,
daha qısa…

 

İGİD ANASI

Yanımdan ötən
bu gözəlin
gözlərində raldımı şəklim.
Yol verin,
yol verin siz ona,
qarşısından çəkilin.
O,
bu günün çiçəyi,
açıq, aydın səması,
ürəkləri oynadan
bir ilahi duası.
Allah,
Allah!
Özün qoru bu mələyi.
Bəlkə də o, mələk yox,
üzümüzə açılan
xoş sabahlarda,
yurda dayaq olası,
neçə igid anası…

 

BARIŞIQ

Sənin yoxluğun
yuxusuzluq kimi
çırpınır qarşımda.
Durmuşam
yoxluğa dedən,
bəlkə də qayıdan
yolun başında.
Bir sətirsən
əvvəli, sonu bilinməz.
Gəl indi baş aç,
oxu bu sətrı.
İstəsən ucadan,
ya da ki
səssiz-səmirsiz,
yəni,
sükut içində-
gözləri qapalı
və ürəyində.

Ümidim var
qayıdacaq
və qəlbimin
qapısını döyəcəksən
barışıq dilındə…

 

AĞRI

Bu səs
ucadan gəlir,
gah qapıdan, pəncərədən,
gah da bacadan gəlir.
Döyəcləyir
qulaqların pərdəsini.
Dağıdır hər tərəfə
o sədanın
görünməyən zərrəsini.
Bu bir
ağrıdır dönüb səsə
haray salır.
Səngiməkdən
daha da güclənir-
ycalır,
hey ucalır…

 

SƏN DEMƏ

Sən demə,
həsrətin
yandırıb-yaxan
yuxuymuş.

Sən demə,
qəlbimi ovlayan
varlığın, vücudun
heç yoxuymuş.

Sən demə,
uzaqdan səslənən
bu xoş nidalar
bir həzin nəğməymiş.

Sən demə,
bu həzin nəğmə
ruhumu
oxşamağa gəlirmiş…

 

OVQAT

Hər gecə,
hər gündüz-
kəsəsi, hər gün
düşürsən yadıma.
Ancaq
xəbərin olmur
necə alışır,
necə yanıram oduna
quru cırpı tək.
Gəlirsən və
gedirsən
əvvəli,
sonu bilinməyən
qarmaqarışıq yuxu tək.
Bəzən,
səhərim açılır
xoş ovqatla.
Bəzənsə,
üzücü narahatlıqla.
Həmin gün
özümə gələ bilmırəm
saatlarla…

 

 

Share: