Emin Səbuhi sosial şəbəkədə Azərbaycan ədəbiyyatı mühitinə qarşı “vulkan” püskürdü…

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Ədəbi mühiti ədəbsizləşdirənlər…

(1 Hissə)

Müstəqil.Az facebook sosial şəbəkəsində,öz səhifəsində  “Bu məqaləmi oxuyan gənc yazarlar, şairlər və şairələr, sona qədər oxuyun, münasibət bildirin.
Hünərli sayt varsa götürsün paylaşsın.
Ədəbiyyatla bağlı əskikləri,qüsurları yazmışam. “- deyən gənc yazar Emin Səbuhinin fikirlərini olduğu kimi sizlərə təqdim edir:

Tədbirlər və Təqdimatlar

Qocalar evi və eyni simalar

Kitab təqdimatından çox fotossesiyaya oxşayan təqdimatlar…

10 milyon xalqın bu günki ədəbi mühiti və ədəbiyyat camiası Mikayıl Müşfiqdən,Hüseyn Caviddən,Əhməd Cavaddan, son 30 ildə də Bəxtiyar Vahabzadədən,Nüsrət Kəsəmənlidən,Xəlil Rza Ulutürkdən sonra dərin dəryalarda üzən oxucu bu gün gölməçələrdə boğulmamalıydı.Bir Ölkədə ədəbiyyatı,poeziyanı, ədəbi mühiti bu qədər ədəbsiz mühit etməyə ixtiyarı yox idi qulağından halva qoxusu gələnlərin.

Gəncələrə,yeni qələmlərə yol verilməlidir dedikcə bu AYB-də kreslolarda əyləşən söz sahibləri ömürlərində bir dəfə alicənab olub gənclərlə yerlərini dəyişdirməlidirlər.

Təcili…
Çünki Ədəbiyyatın gələcəyini məhv ettilər.Görünüşdən qəssabı (Qəssabları əsla aşağılamıram, sadəcə hər sahənin öz duruşu, öz görünüşü var) xatırladan bu yaşlı-başlı, ağsaqqal şairlər güldən-çiçəkdən yazmağı buraxmalı, bir az Ulutürk qoxulu şeirlər sərgiləməlidirlər.Bu qədər gənc şairləri, şairələri AYB-dən çirkindirməyə ixtiyarınız yox idi.Gənclərə yol açın!Bölgələrdən seçin yeni-yeni Bəxtiyar Vəhabzadələr,Nüsrət Kəsəmənlilər kəşf edin,yetişdirin!

Ruhu poeziyaya ac olan oxucuya sunun!

Ayrıseçkilik

Bir  ölkədə “Dayday” ,”Nüfus”, “Ata”, “Əmi”, “Atamın dostu”, “Qohum”, “Yerli” və nəhayət “Pul” hesabına (Təkcə Azərbaycana aid deyil bu) “Jek müdir”-də “Prokuror” da, “Həkim” də, “Vəkil”də, “Jurnalist”də,”Redaktor”-da lap elə “Müəllim”-də olmaq olar xahiş ilə,minnət ilə.

“Qonaq”-lıq ilə və hətta bir “Zəng”-ilə də.Lakin Allah tərəfindən seçilmiş və sevilmiş insanlar var ki, onlara istedad tapşırıqla yox, İlahi tərəfindən verilib. İncəsənətdə çox qollar var ki, bu İlahi vergisiz mümkün deyil.
Misal götürək, Müğənni  Elariz və Faytonçu Nazimi…

Bu müğənnilər sadəcə oxuyurlar. Lakin Alim Qasımov kimi bir sənətkarın səsi İlahi vergidir.

Ədəbiyyatda da həmçinin, var sadəcə şeir yazan…

Başda elə özüm və mənim timsalımda bu günki günün 100-lərlə Şeir yazan gənc şairi…

Biz Dərdimizi söz ilə çərçivəyə salırıq,guya şeir yazdıq.

Bu gün Tərəzinin bir gözünə mən və mənim kimi 100-lərlə şeir yazan gənci qoyaq, bir gözünə isə böyük şair Bəxtiyar Vahabzadəni qoyaq…

Biz ağırlıqda tərəzinin o bir gözünü tərpədə bilərikmi?Xeyr.
Şairlərə söz İlahidən gələn vergidir. Sözün dəyəri bilinməlidir.

Bu gün ədəbi mühiti bir yerə toplayan şairlərin ocağı olan AYB-də təqdimatlarda,tədbirlərdə, təltif olunma məclislərində tez-tez görüşürük.Lakin bu ədəbi mühitdə istər yaşlı nəsildən olan şairlər, istərsə də bəzi gənc yaşlı şairlər gözə çarpacaq qədər ayrıseçkiliyə yol verirlər. Dəfərlə tədbirlərdə şahidi oluruq ki “Filankəsin atası gözəl şair idi,oğlu da gəlsin şeir desin”, ya da “Filankəs filankəsin oğludur, çox gözəl şeir yazır”.

Baxarsan ki, özü AYB-də hansısa bir kabinetin sahibidir, qalxıb hər hansı yeni çıxmış,qələmi zəifdən də zəif olan,söz bazası zəif olan,həyatında bir dəfə kitab açıb oxumayan bir qızı ya bir oğlanı bəh-bəh ilə, min bir tərif ilə,tapşırıq ilə yuxarı başa keçirdirlər.AYB-də kitabını təqdim etməyə şərait yaradırlar.

Bu çox vaxt bir şeir yazan xanım gözəl xanım olarsa. bu zaman AYB-yə ayaq açarsa həmin vaxt AYB-də söz sahibi olanlar, ət mağazasının yanında mırıldıyıb gəzən pişiklər kimi həmin “Gözəl xanım”-ın çevrəsində pərvanə kimi dolanırlar.
Necə olur ki, Dövlətlələrarası Tədbirlərə hər il eyni adamlar yollanır?

Necə olur ki, Türkiyəyə və ya başqa ölkələrə ədəbiyyatla bağlı tədbirlərə eyni adamlar, hansı ki, o şairlər ki , onların son otuz ildə ədəbiyyata heç bir töhvəsi olmayıb.

Yolladığınız şairlər istəyir yaşlısı, istəyir gənci sizin elə Ədəbi mühitdə başqa şairlərdən ayırdığınız şəxslərdir.Mən AYB-də gənc şair tanıyıram ki, AYB-nin üzvüdür, lakin yaradıcılığı yox dərəcəsindədir.Hər dəfə sizə hardasa yaxın olan,sıx dostluğu olan gənc şairlərə Prezident təqaüdü verirsiniz.

Niyə?

Bu ayrıseçkiliklə Ədəbi mühitə təzə gələn gənc qızları, oğlanları ruhdan salırsız.

Dava tək mənim davam deyil.Ümumi haqqı tapdalanan gənc şairlərin də davasıdır bu.

Qoşulduğumuz təqdimatlarda, tədbirlərdə siz AYB olaraq özünüz alqışladığınız,dəstəklədiyiniz gənc qələmlər var ki, vallah qalxıb “Natəvan” klubunda şeir deyiblər, lakin, şeir söz yığınından ibarət bir yazı olub. Və siz də qalxıb alqışlamısınız…

“Bu, filankəsin qızıdır, filankəsin oğludur” deyə-deyə Azərbaycan ədəbiyyatının evini yıxmısınız.Bir düşünün, bu qədər tədbirlərdə bu son 30-ildə, istər ümumi bölgələrdən, istərsə də ki paytaxtdan bir Bəxtiyar Vahabzadə, bir Ramiz Rövşən, bir Mikayıl Müşfiq çıxara bildinizmi ortalığa?

Bilirsiz niyə ədəbiyyatda bu son 30 ildə elə oturduğumuz yerdə sayırıq?Çünki nəzarət zəifdir.Çünki şeir ,söz məclislərində ayaqlar baş olub,başlarsa ayaq.

AYB olaraq Azərbaycanın ədəbiyyatının məsuliyyəti sizin çiyninizdədir.Heç düşünmüsünüzmü bir gün niyə axı ürəyi sözə,şeirə, ədəbiyyata bağlı beş gəncdən üçü sizin quruma qeyri-ciddi yanaşır?

Yaxşı, sizin idarəçiliyiniz bu günki gənc qələm əhlini niyə qane etmir?
Niyə sizə gənclər tez-tez deyir ki, yaşlısız,gedin,idarəçiliyi gənclərə verin? İzn verin, ədəbiyyatda böyük dönüşlər yaradaq.Çünki sözdən,ədəbiyyatdan,şeiriyyatdan Azərbaycan gənci olaraq elə biz də məsuliyyət daşıyırıq.

 

İkitirəlik…

Uzaqdan Ədəbi mühit bizə mədəni insanların,oxumuş,intellektual insanların cəm olduğu bir ovqat bəxş etsə də,bu mühitin içində özünü var sayanda və illər keçəndən sonra insan dərk eləyir ki, ədəbi mühit kimi ədəbsiz bir mühit yoxdur.

Çox böyük qruplaşmalar var bu mühitdə….Üç-dörd qrup var ki, hamısını şəxsən tanıyıram.Lakin adlarını bu yazımda qeyd eləsəm,adlarını qeyd etmədiklərimin xətri qalacaq.İkitirəlik, ayrıseçkilik təkcə AYB-də oturan vəzifə sahiblərində deyil.Bu ayrıseçilikiliyə elə bəzi gənclər, şairlər arasında da təsadüf etmək olar.Baxırıq ki, tədbirlərdə, təqdimatlarda illərdir eyni simalar, bu üç,dörd qola bölünən qruplaşmalar, hərə öz mühitini qurub, çəkilib bir kənara.

Şairlərin ortamına yeni gələn bir gənc qız və ya oğlan ögəy münasibət görür və bu mühitdən uzaqlaşır.Sizi inandırım ki,bu mühitin içində olmayan Azərbaycanın rayonlarında 100-lərlə gənc qələmlər var ki, şeirləri ədalətli müqayisə olunsa,bu qruplaşmaların içində sənin, mənim tanıdığım handa bir şairdən və şairədən qat- qat mənalı və səliqəli yazır.
Laqeyd,soyuqqanlı,göstərişli,ədabaz oxucu çoxdur bu gün.Misal üçün, görünüşdə daha çox intellektual,daha çox oxumuş təsiri bağışlasalar da, sizi əmin edirəm ki, bu baş tutan təqdimatlarda göstəriş üçün alınan kitablar demək olar ki, elə evdə, kitab rəflərində illərlə toz bağlayır. Sadəcə bu kitab təqdimatlarına “Qonşu məni bazarda görsün” düşüncəsi ilə gedir “Oxucu”.

Mən heç vaxt özümə şair deməmişəm, sadəcə gənc yazaram. Özümə şair desəm  şairlərin haqqına girmiş olaram.

Mən sadəcə hisslərimi sətirlərə düzürəm.Məlum məsələdir ki, şeirlərimizi,yazılarımızı mütəmadi olaraq  sosial şəbəkədə paylaşırıq.İşin gülünc tərəfi dəfələrlə özünü “Oxumuş” kimi göstərən sosial şəbəkədə bəzi oxucular Söz əsnasında deyirlər ki “Sən nə şeir yazırsan ki? Zəif yazırsan”.

Soruşuram ki, “Hansı şeirimi oxumusan “? Deyir, “Yadımda deyil”.

Yəni Azərbaycanda Kitabla oxucu arasında uçurumlar var.Oxumurlar,oxumaya-oxumaya yazarı tənqid edirlər.

Oxucu yoxsulluğu yaşayırıq.İnsanlar kitaba yaxın durmur ,lakin gəl, gör ki , danışanda yazarı, şairi rahatca tənqid edirlər.

Ümumiyyətlə yaradıcı insan tərif ilə qürəlləndiyi kimi tənqidə də dözümlü olmalıdır.Tənqid yaradıcı insanın qamçısıdır.Bu tədbirdən-tədbirə, təqdimatdan-təqdimata gedən şairlər və ya həvəskar oxucular barı özləri çevrələrindəki qohumdan,qonşudan,savadlı,talantlı,istedadlı gənclər axtarıb tapıb Bu mühitə yönləndirsələr, illərdir bayağılıqdan yorğun düşən ruhumuz yeni qələmlərlə. yeni şeirlərlə bayram edər.

Bu Gənc şairlərin, şairələrin qruplaşmasına son qoyulsun.Baş tutan təqdimatlardan sonra, on-on beş nəfər qruplaşma yaradıb milçəyin,ağcaqanadın tüğyan etdiyi kafelərdə ədəbiyyatı xərcləməyin! Son qoyulsun bu ikitirəliyə!

Sünnət toyuna Bənzəyən Kitab Təqdimatları

Sosial şəbəkədə paylaşdığı sınıq-salxaq şeirinə beş-on nəfər ömür boyu əlinə kitab almayan, bığıburma daydayların,soyadını doğru-düzgün yaza bilməyən gənclərin,60 yaşında özünü 9-cu sinif şagirdi kimi aparan “Xala”-ların,iki Ulağın arpasını bölə bilməyən bəzi gənc “Şair”-lərin laykından ürəklənib şeirinin əvvəli ilə sonu bilinməyən bir Gənc “Şair” kitab çıxardır və kitabına təqdimat edir.

Yığır şeirin ş-sından belə anlayışı olmayan insanları AYB-nin Natavan klubuna.Ya Kitab evim.az-a,ya da Azərkitaba və ya hansısa bir zala.

Son yeddi, səkkiz ildə sırf yeni bir gənc, yeni bir qələm ,yəni bir Ramiz Rövşən kəşf eləyim ümidi ilə getdiyim kitab təqdimatlarından əliboş və məyus qayıdıram evə.

Təqdimat başlayır

Beş-üç nəfər var ədəbsiz mühütdə ki, bunlar əzrayılın googledə belə axtarıb tapa bilmədiyi 60 yaşlı “Xala”-lar və görünüşcə maşın alverçisinə bənzəyən daydaylar(Əsla maşın alverçilərini aşağılamıram, sadəcə hər sahənin yaraşdığı adam var )bu tip “Aparıcı”-ları bu Sünnət toyuna oxşayan təqdimatlarda “Tamada”-adlandırmaq olar.Mikrofonu əlinə alıb başlayırlar təqdimata gələn şair və şairələri,oxucuları dəvət etməyə.
Bu rəfiqəmdir(Dostumdu),bu nəhəng şairdir,(Baxırsan ki şeirlərində emosiya yoxdu, emosiya) mikrafonu əlinə alıb səbəbkarı təbrik edib  tərifləyən (Buna el-içində bəy tərifi də demək olar)qonaq başlayar dirjor kimi əl-qolla danışmağa ki, mən filankəsov filankəsi illərdir ki, şeirlərini oxuyuram,izləyirəm.

Bu an yaxınlaşıb sual versən ki, “Bu kitabının təqdimatına gələn səbəbkarın (Yəni Toy yiyəsinin)bu günə kimi oxuduğunuz və ya sosial şəbəkədə bir şeirini əzbərdən deyə bilərsiz”?,inanın Allaha, bunların çox hissəsi qoyun aptekə baxar kimi gözlərini döyəcəklər…

Yalançı təriflər və aidiyyatı olmayan fikirlər tədbir boyunca baş alıb gedər.Bu azmış kimi təqdimatın aparıcısı (Yəni Tamada)60 yaşlı Şeyda xala da ikidə bir mikrofonu alıb təqdimata gələnləri bir-bir dəvət edər təbrik üçün.

Deməli “Xala”-nın yaşı da quruyub deyə dəvət etdiyi qonağın adını Günəşi Atəş çağırar.

Dəfələrlə şahidi olmuşam, məsəlçün aparıcının dəvət etdiyi qonağın adı Vaqif Əhməddirsə belə çaqırarlar “Vaqif Mahmud”-u mikrafona dəvət edirik.

Və mikrafonu əlinə alıb danışan qonaq bir neçə dəfə şahidi olmuşam ki, aparıcı qadına və ya kişiyə bozarıb ki, “Siz bəyəm məni tanımırsız ki, məni Vaqif Əhməd yox, Vaqif Mahmud kimi təqdim edirsiz”?

Dəfələrlə olub ki, təqdimatlarda məni bu aparıcı “Xala”-lar, “Tamada”-lar söz verəndə Elvin Səbuhi kimi və ya Elmir Səbuhi kimi təqdim ediblər. Mən də Bu “Xala”-ların,daydayların həyatla bağlı “vayfay”larının tutmadığını sezmiş, çox da şey eləməmişəm.

Təqdimat irəliləyən saatlarda beş, on sima qadın var ki, mən o qadınları sadaladığım zallarda,təqdimatlarda görməyəndə heyrət eləyirəm ki, “Bəlkə elə mən kitab təqdimatına gəlməmişəm, səhv bir yerə gəlmişəm”.

Bu xanımlar təqdimat başlayandan qurtarana kimi baş tutan təqdimatın səbəbkarından tutmuş, Kitab evin və ya Azərkitabın Xadiməsindən “Parkovşik”-inə, Müdiriyyətindən- müavininə kimi hamıyla şəkil çəkdirər. (Bir mahnıda deyildiyi kimi “İsmi lazım deyil baş hərfi o.)Yəni adlarını bir- bir vurğulamıram, özləri bilirlər, kimdən danışıram, gözəl bilirlər)Bu arada mikrafonu əlinə alıb danışan qonaqı alan yoxdu heç.Qarqa bazarı düşüb.Bir tərəfdə müəllif oxucuya kitab imzalattırır.Digər tərəfdə gələn qonaqlardan bir dayday yerindən oturub qışqıra-qışqıra kimisə səsliyir.Dəfələrlə şahidi olmuşam ki, mikrofonda tərif yağdıran qonaq insanların səs-küyündən heç kəsin bunu “Almadı”-ğını görüb, əsəbləsib deyib ki, “Dinləmək özü də bir mədəniyyətdir, o da bu insanlarda yoxdur”.

Bir tərəfdən də hər təqdimatda səbəbkarın bir “Sağdış”-ı olur, o da bu təqdimatda özünü öz dədəsinin şəxsi müklündə hiss edir.Əl-qolumu sallayıb o tərəf, bu tərəfə var-gəl eləyir.

Əgər bu təqdimatda sənin mikrafonu əlinə alıb danışıb kitabın müəllifinin yaradıcılığı haqqında bir, iki kəlmə söz söyləmək istəyin varsa, sən mütləq bu “Sağdış”-ilə bir, iki dəfə hansısa milçəylərin fironluq etdiyi bir “Pivanoy”-da oturub noxudla üş-beş bakal pivə içib bunların “Kruq”-na daxil olmalısan ki, sənin bu təqdimatda söz demək şansın olsun. Təqdimat sona yaxınlaşdıqca müəllifə yaxın olmayan qonaqlar da asta-asta aradan sıyrışar,qalar bu təqdimatın (yəni Bəyin, şairin və ya gəlinin- şairənin bayıssı və qardaşları)təqdimatdan çıxarlar,yığışıb (Təqdimatın ,yəni,sünnət Toyunun) “Ciyər” axşamına gedərlər.

Burada da ədəbiyyata aidiyyatı olmayan,yolu şeiriyyatın küçəsinə heç vaxt uğramayan,beş- üç nəfər gənc oğlanlar gənc incə-mincə qızlarla birlikdə ağcaqanadın və milçəyin meydan suladığı kafelərdən birinə.

Qaş qaralana qədər bu məclisdə şairdimi, oxucudumu- bu məzhəbi bilinməyən”Gədələrin”masanın kənarında “Təlxək”lik etməsi, az öncə sizli, bizli danışan xanımlarla bəylərin şit-şit,açıq-saçıq danışması, sanki on illərdir tanışmışlar kimi davranmaları, sözün əsl mənasında ədəbiyyatımızın necə də “Ədəbli” əllərdə olduğunu nümayiş etdirir.

Bu tip təqdimatlar son yeddi-səkkiz ildi artıq dəb halını alıb.”Bayağılıq”.,”Aidiyyatı olmayan təriflər”,”Şisirtmələr”,”Nəhəng Şairlər”…

“Bu gənc Rəhmətlik filankəsin oğludur (Unudulur ki, Şairlik mal-sərvət deyil ki, atadan-balaya keçsin, şairlik İlahi bir vergidir.Necə ki, Mikayıl Müşfiq öz Dilbəri ilə şeirlə söhbət edərdi)”.

Bir də son illər kitab təqdimatlarını sözün əsl mənasında “Sünnət” toyuna ona görə bənzədiblər ki, “Necə ki, mən sənin təqdimatına gəldim, sən də mənim təqdimatıma gəl..”

Yəni, bu qədər ədəbsiz bir mühit yaradılıb ki, bu gün bu mühitin bir içinə girən peşmandı, bir də çıxan.

Qruplaşmalar

Ədəbsiz mühitdə dörd qol qrup yaranıb.

1)Talantlı Gənclərə macal verməyən “Əzrayılın googledə belə tapa bilmədiyi Yaşlı nəslin qızı yaşdı gənc şairələrə Bığaltı baxan “Elin Ağsaqqal”ları.

2) “Saqqallı Gədələr”- bu tip yeni cücərmiş gənclər şeiriyyatta “Sərbəst” şeir adı ilə “Staliçni”-salata bənzəyən şeirləri ilə ədəbiyyatın “Anasını ağlar” qoyanlar.

3) “Allahsız Şairlər” hər vəchdə şeirlərində ( Əstağfurullah) Allahı yerə çağıranlar,Allahı duelə səsləyənlər,
Allahı danan “Ateist Şairlər”.

4)”Eyni simalar” az öncə yazımda vurğuladım
Kitab təqdimatlarında “Şəkil çəkdirən”,”Mikrofonda yalançı tərif yağdıran” şairlər.

Bir zamanlar Ədəbli bir mühit olan bir ədəbiyyatı ədəbsiz-yat edən ədəbsiz mühitin 1-ci qolu haqqında geniş fikirlərim-
Azərbaycan Yazıçılar Birliyinə kitab təqdimatlarına, tədbirlərə gedərkən çoxlarımıza yad olmayan səhnədir bu.

Üzündə kilo yarıma yaxın “Kosmetika” olan, yaşı altmış altmış beşə dirənən “Xala”-lar hər təqdimatda fotoqrafların Foto çəkənlərin ( Bu Nofəl Ümid də ola bilər ,Bayram Ucarlı da ola bilər ,Arzu Murad da ola bilər ) az qala gözünü çıxartsın ki “Şəklimi çəkə-çəkə hərdən”.”Xala”tay bu əldən düşmüş fotoqrafa hər pozada şəklini çəkdirir a.
Digər tərəfdə isə məhv ettikləri bir mühitdə “Qocamanlar” var, bu yaşlı nəslin nümayəndələridir.

(Hamıya aid deyil, Düzlərdən iraq). Baxırsan ki sübh tezdən yantara oxşayan üzünü ülgüclə təraş eliyib AYB-nin o üç mərtəbəli pilləklənlərinə, həyatının 80-cı pilləkəninə dirədiyi ayağı ilə sallanan qarnına evakuatr çağırtdırıb özünü sürüyə-sürüyə çatdırır Natavan klubuna.

Bu yaşıdları qara mərmərdən boylanan yaşlı nəslin nümayəndələri o Natəvan klubunda, o dəyirmi masasın arxasında Prezident sayağı oturar.
Bu an gənc bir xanıma söz verilər ki, qalxsın yeni yazdığı bir şeiri oxusun ,bu “Ağsaqqal” bu xanım şeirini oxuyub bitirənə qədər gözləriylə bu xanıma baxar və nə xəyallara dalar Ilahi.
O xəyallara ki, xəyallar özləri xəyal olmaqdan utanar.Beləcə AYB dönər “Qocalar evinə”.

Yazıda vurğuladıqım dörd qoldan: 2-ci sinifə aid olanlar “Saqqallı Gədələr”

Bu gənclər bu ədəbsiz mühütə bir az da blogger kimi yanaşarlar.Kənardan hər şeyi bilən, lakin dünya görüşləri oxuduqları Universtetlərin koridorlarından o tərəfə keçməyib.Bu tiplər sosial şəbəkədə adına “Sərbəst” şeir adı qoyub bir qazan söz yığınıyla şeirini “Stoliçni” salat kimi qarışdırıb ,elə öz universitetindəki qrup yoldaşlarının qabağına qoyan,şeirə təcavüz edən, bu görünüşcə “Nəsibənin kuklası”-nı xatırladan bu “Saqqallı”-ların yazdığı şeirlərdə nə şeirin əvvəlini dərk edə bilərsiz, nə də axırını.
Bu “Müasir” gənc qələmlərdə Sosial şəbəkədə paylaşdıqları şeir, vayy bağışdıyın “Staliçni”-salatlarının öz çevrələrinin,qrup yoldaşlarının,tanışlarının bəyəndiyi laykların güdazına gedib qələm Qurbanına çevrilirlər.

Ədəbiyyatın bu günki günündə dörd qoldan 3-cü kataqoriyaya aid olanlar isə “Allahsız şairlər”-dir (Əstağfurullah)

Bu sözümdən oxucu əsla hiddətlənməsin, bu Azərbaycan gəncinin və bu tip gənclərin ədəbiyyatdakı fəaliyyətləri şeirlərində “Allaha inamsızlıq”, “Allaha üsyan”, “Allaha yol göstərən”, “Allaha hodri meydan”dedikləri açıq aydın sezilir.Bu tip gənclər şeirlər yazarlar.Günortalar tədbirlərdə, təqdimatlarda görsənər,axşamlar isə Ya “Tarqovuda”-gitara çalar, ya beş-üç bu yaraşıqda “şair”-lər “Pubblarda” cəm olarlar.

Və nəhayət
4-cü Mühitdə birləşənlər.

Bu cür “Ədəbiyyat xadimləri”-ni kənardan müşahidə edəndə adam hərdən heyrətlənə bilir. Misal üçün: Köhnə məhəllələrdə yas mərasimlərini küçə-küçə gəzən, el dili ilə desək “Ehsanşik”-lər var, hansı ki hansı yasa gedərsən görərsən ki qarşında oturub “Aş”-dan “Eş”-ir.Əgər Bakı şəhərində eyni gündə üç fərqli-fərqli məkanlarda misal üçün saat 12:00 Kitab.evim az-da kitab təqdimatı varsa, sonra Saat 3:00 da AYB-də təqdimat varsa və 3:30-da Azərkitab-da təqdimat olursa bu yarım saata maşın ilə ancaq 28-maydan Yasamala Xəzər tv-nin yanına elə ancaq basabas, güc bəla ilə çatdırıb təqdimat olunan zala daxil olub, bu “Şair”-ciyəzləri və bunların arxasıyca gələn dörd-beş sözdə “Sadiq” oxucular olan ulu nənəm yaşda olan, hal- hazırda Bulvarda nəvələrini gəzdirmələri gərəkirkən bu “Sadiq Xala”-ları görəndə insan bu möcüzənin heyrətindən yüngül insult keçirdir ki, İlahi bunların evdə ağlayanları yoxdu?Bunlar bu tədbirlərdə-təqdimatlarda hər pozada çəkdirdikləri fotolardan iyrənmədilərmi?

Bir az düşünək ki,biz tarix boyu uğrunda can qoyulan illərdən-illərə,əllərdən-əllərə,əsrlərdən-əsrlərə, Müşfiqlərdən ,Əhməd Cavadlardan, Bəxtiyar Vəhabzadələrdən bizə gəlib çatan,əmanət olunan ədəbiyyatımız üçün son 20-25 il də neyləyə bilmişik?

Ədəbiyyata nə yenilik gətirə bilmişik? Nə iz qoymuşuq?

Tarix boyu, əsrlərlə ozanlar, aşıqlar,şairlər yetirib bu millət,bu xalq.

Bu gün çiynimizdə böyük yükün məsuliyyəti var.Məsuliyyətlərimizin fərqinə varaq.

 

Emin Səbuhi

01.09.2020

Müstəqil.Az

470 baxılıb
Shares
mersin escort