Dəhşətli qətliam – Onlarla çoban qətlə yetirildi

Suriyanın Rakka və Deyr əz-Zövr vilayətlərində çobanlıqla məşğul olan 27 dinc sakin qətlə yetirilib. Çox sayda çoban itkin düşüb.

Hadisənin hansı qüvvələr tərəfindən təşkil olunduğu məlum deyil. Yerli mənbələrin məlumatına görə, çobanlar odlu və soyuq silahlarla qətlə yetiriliblər.

Şahidlər bildirir ki, hadisə İranın dəstəklədiyi silahlıların bölgədən keçdiyi saatlarla eyni vaxta təsadüf edir./publika.az

Share: