Saqif Qaratorpaq “Bəlkə belə yaxşıdır” adlı yeni kitabını təqdim edəcək…

Müstəqil.Az  xəbər verir ki, Ağstafada yaşayıb yaradan, tanınmış şair  Saqif Qaratorpağın yeni  kitabı çap olunmuşdur.
Bəlkə belə yaxşıdı” adlı kitabda müəllifin son illərdə qələmə aldığı şeirlər toplanmışdır.
10 yanvar, 2020-ci il, saat 14:00-da  müəllifin yeni  şeirlər kitabının təqdimat mərasimi və imza günü keçiriləcəkdir.
Arzu edən hər  kəs dəvətlidir.
Ünvan : Azərbaycan Yazıçılar Birliyi, Natəvan klubu.
(Sahil metrosu yaxınlığı)
Daxili dünyasının hiss və duyğularını misra-misra qaynayıb daşaraq şeirə çevirən şairə yaradıcılıq uğurları arzulayırıq.
Aysel Səfərli
Müstəqil.Az

 

Share: