Sürücülük.az kursu sosial şəbəkə və sürücülük məktəbi vasitəsilə öz xidmətlərini təklif edir

Sürücülük.az kursu bir neçə ildi fəaliyyət göstərir.Fəaliyyət göstərdiyi müddətdən bu günə qədər yüzlərlə şəxs sürücülük vəsiqəsi əldə edib.
Qrupun yaradıcısı Cavidan Əhmədovun verdiyi məlumatı olduğu kimi nəzərinizə çatdırırıq:
Bu sahəyə ilk dəfə başladıqda google və facebook sosial şəbəkəsində qısa araşdırma apardım. Lazımınca məlumat tapa bilmədim. Fərdi olaraq ,həmçinin, dost və tanışların hazırlaşması üçün Facebookda 10-15 nəfərlik “Sürücülük vəsiqəsinə hazırlaşanlar” qrupu yaratdım. Bir müddət sonra bu qrupa qoşulmaq istəyənlərin sayı günü-gündən artmağa başladı. Qərara gəldim ki, hər kəsə bərabər şərait yaradılsın və bu qrupdan hər birimiz istifadə edək.
Bu günkü gündə qrup üzvlərinin sayı 48 000 –dən çoxdur.Bu qrup vasitəsi ilə hərkəs bir-biri ilə bildiklərini bölüşür,suallar paylaşır və qrupda mütəmadi olaraq bilik yarışmaları keçirilir. Həmçinin, facebookda və instagramda Sürücülük.az səhifəsi fəaliyyət göstərir.Əsas məqsəd yol hərəkəti üzrə qayda-qanunlarını öyrənmək , savadlı sürücülərimizin sayının artmasına vasitəçi olmaqdır.
100% ZƏMANƏT! (Dərs buraxmayan və verilən tapşırıqları yerinə yetirən şəxslər üçün) keçməsə belə keçənə qədər PULSUZ öyrədirik.
—————-100 MANAT! ———- PULSUZ VƏSAİT!
Növbəti yeni qruplarımız 15 yanvar saat 10:00 və 17:00 ,
21 yanvar saat 15:00 və 19:00 -da başlayacaq.
Yazılmaq istəyənlər 03 yanvardan etibarən kursumuza yaxınlaşa bilərsiniz.
Nəzəri dərslər həftənin 5 iş günü, hər gün (şənbə və bazar günləri istisna olmaqla), gündə 2 saat olmaqla keçilir və ümumi kurs 5 həftəyə yekunlaşır. Ödəniş yalnız bir dəfə edilir. İmtahandan keçənə qədər öyrədirik, 100% ZƏMANƏT verilir!
100 manat ödənişə aşağıdakılar daxildir:
1. Həftədə 5 gün, gündə 2 saat olmaqla nəzəri dərslər;
2. Dərs vəsaitlərinin verilməsi (həm kitab, həm də elektron formada);
3.Flash kart və ya disk şəkilində materialların – mövzuların, sualların, göz yaddaşı üçün şəkillərin və s. verilməsi;
4.Həftə ərzində çoxlu sayda PULSUZ sınaqlar;
5. Ən əsası, İMTAHANDAN KEÇƏNƏ QƏDƏR PULSUZ HAZIRLIQ (ödəniş bir dəfə, ilk dərsə başlayanda edilir, əlavə heç bir ödəniş edilmir), 100% ZƏMANƏT verilir.
Sürücülük məktəbinin şəhadatnaməsi olmayanlar üçün şəhdatnamə ilə birlikdə xüsusi endirim paketlərimiz var:
1.Hazırlıq+Vəsaitlər (kitab və elektron)+ŞƏHADƏTNAMƏ (B) = 130 MANAT
2.Hazırlıq+Vəsaitlər (kitab və elektron)+ŞƏHADƏTNAMƏ (BC)= 140 MANAT
Sürücülük məktəbinin sənədi olmayanlar üçün MƏLUMAT: adlarının məktəbə yazdırıb vaxtında sənədinin almaq üçün bütün kateqoriyalar üzrə Sürücülük məktəbinə qeydiyyat qiymətləri aşağıdakı kimidir:
– “A” kateqoriyası üzrə Şəhadətnamə 30 gün – 40 manat
– “B” kateqoriyası üzrə Şəhadətnamə 30 gün – 40 manat
– “C” kateqoriyası üzrə Şəhadətnamə 45 gün – 40 manat
– “BC” kateqoriyası üzrə Şəhadətnamə 90 gün – 60 manat
– “D” kateqoriyası üzrə Şəhadətnamə 45 gün – 50 manat
– “E” kateqoriyası üzrə Şəhadətnamə 45 gün – 50 manat
QEYD: – Şəhər və ya rayon qeydiyyatında olan hər kəs adını sürücülük məktəbinə yazdıra bilər, sənədlər vaxtında təqdim olunur.
– Şəhadətnamə üçün yazılan hər kəsə hazırlıq vəsaiti PULSUZ veriləcək.
Kursun Rəhbəri : CAVİDAN ƏHMƏDOV
050 479 89 59 (whatsapp var)
055 479 89 59
ÜNVAN: Elmlər metrosunun çıxışı, BDU ilə üzbəüz(Ekspress Bankın üstü)
Hər zaman öz dəyərli fikirləri və məsləhətləri ilə dəstək olan Yol Hərəkəti Üzrə Ekspert Ərşad Hüseynovun “Sürücülük vəsiqəsi əldə etmək üçüm nə etmək lazımdır?”
mövzusuna istinad edərək sizin verdiyiniz suallarınızı cavablandıracağıq.
Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri:
Sürücülük vəsiqəsini necə əldə etmək olar?
Cavab: Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar.
 
Sual: Sürücülük vəsiqəsi əldə etmək üçün sürücülük məktəbinə yazılmaq mütləqdirmi?
 
Cavab : Müstəqil hazırlaşmaqla yalnız «A1», «A» və «B» kateqoriyalı sürücülük vəsiqəsi, yəni ,yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir.
 
Sual: Sürücülük imtahanını mən harda verə bilərəm?
Cavab: Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər.
 
İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz.
Sual : Sürücülük vəsiqəsi imtahanına buraxılmaq üçün hansı sənədlər lazımdır?
 
Cavab: Sürücülük vəsiqəsi imtahanına buraxılmaq üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1) şəxsiyyət vəsiqəsi;
2) müvafiq formada tibbi arayış (Daimi və ya müvəqqəti qeydiyyatda olduğunuz poliklinikadan əldə edirsiniz)
3) sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);
4) dövlət rüsumunun ödənilməsinə dair sənəd
Nəzərə almaq lazımdır ki, sürücülük imtahanına buraxılmaq üçün ilk dəfə 20 manat növbəti hər dəfə üçün isə 10 manat dövlət rüsumu ödənilir. İmtahanı uğurla verən şəxsə yarım saat müddətində sürücülük vəsiqəsi verilir. Vəsiqənin verilməsinə görə 25 manat dövlət rüsumu ödənilir.
 
Sual: Sürücülük imtahanı neçə hissədən ibarətdir?
 
Cavab : 1. nəzəri imtahan 2. təcrübi imtahan. Əvvəlcə nəzəri imtahan qəbul olunur və yalnız bu imtahandan uğurla keçənlər təcrübi imtahana buraxılır. Nəzəri imtahan informasiya texnologiyalarından istifadə edilməklə, yəni kompüterdə qəbul olunur. Hər şəxsə 10 test verilir və bu testlərdən ən azı 9-una düzgün cavab verən şəxs təcrübi imtahana buraxılır. Təcrübi imtahanda sürücülüyə namizədin iddia etdiyi kateqoriyaya uyğun nəqliyyat vasitəsində sürmə vərdişləri yoxlanılır. Bunun üçün nəqliyyat vasitəsi ilə konkret manevrlər icra olunur və xüsusi yol şəraitində sürmə həyata keçirilir. Təcrübi imtahan təlimatçının iştirakı ilə qəbul edilir. Amma onun qapalı avtodromda keçirilən birinci mərhələsinə nəzarət kameralarının qeydi əsasında qiymət verilir. Sürücülüyə namizəd konkret manevrlərin yerinə yetirilməsi zamanı kobud qayda pozuntularına yol verdikdə və imtahan götürən təlimatçının müdaxilə etməsinə səbəb olan qəza şəraiti yaratdıqda imtahandan qeyri-məqbul qiymət alır.
Sürücü olmaq istəyənlərə bildirirəm ki, yol hərəkəti qaydalarını və sürmə vərdişlərini öyrənməyin heç bir çətinliyi yoxdur və istənilən şəxs 1,5-2 ay müddətinə həmin qaydaları lazımi səviyyədə öyrənərək uğurlu imtahan verə bilər. Sadəcə sürücülük imtahanına çox diqqətlə hazırlaşmaq lazımdır.
Müstəqil.Az
 
Share: