Aysel Fikrətin “İz” kitabının təqdimat mərasimi və imza günü keçiriləcək …

Müstəqil.Az bildirir ki, gənc, istedadlı şair/yazar Aysel Fikrətin “İz ” adlı yeni kitabı işıq üzü görüb.

Aysel Fikrət – (Sadıqova Aysel Fikrət qızı) Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

İki şeir, iki nəsr kitabının müəllifidir.

Bu kitab müəllifin oxucularla 5-ci görüşüdür. Kitabda müəllifin son illərdə qələmə aldığı şeirlər toplanmışdır.

Kitab “Alatoran” nəşriyyatında çap olunmuşdur.

8 yanvar, 2020-ci il, saat 15:00-da kitabın təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Ünvan :

“Azərkitab” Kitab Təbliğat Mərkəzi.

(A.Abbasov küçəsi Lider tv yaxınlığı)

 

Müəllifin dediyi kimi:

“Hər kitab bir izdir.”

“Çıxıb getdikdən sonra izin qədərsən bu dünyada…

Getmə,izimə düş…”

Aysel Fikrətin şeirinin işığına, həssas , yaradıcı dünyasının izinə düşmək istəyən hər kəs “İz” kitabının təqdimat mərasiminə dəvətlidir.

Müəllifə Azərbaycan ədəbiyyatı tarixində ən az atası , böyük şairimiz Fikrət Sadıq qədər böyük və mükəmməl iz qoymağı arzu edirik.

 

Aysel Səfərli

Müstəqil.Az

 

Share: