Haftar Ərdoğanın qorxusundan səfərbərlik elan etdi

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar ümumi səfərbərlik və xarici müdaxiləyə müqavimət elan edib.

Müstəqil.Az  xəbər verir ki, bununla bağlı Haftar Liviya xalqına video-müraciət ünvanlayıb.

“Bu gün biz cihad və ümumi səfərbərlik elan edirik. Kişilərə, qadınlara, mülki şəxslər və hərbçilərə silah veriləcək”, – Haftar bildirib.

Haftar çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz ordusunu “məhvə doğru” apardığını da iddia edib.

Qeyd edək ki, Liviya ilə hərbi yardım anlaşmasına uyğun olaraq Türkiyə BMM bu ölkəyə ordu göndərilməsinə razılıq verib.

 

 

Share: