Dünya şokda: Qasım Süleymani öldürüldü – Video

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasım Süleymani Bağdadın hava limanına raket zərbələri endirilməsi nəticəsində həlak olub.

Müstəqil.Az xəbər verir ki, bu barədə dünyanın nüfuzlu xəbər agentlikləri, televiziya kanalları, eləcə də İran dövlət televiziyası məlumat yayıb.

Bununla yanaşı, Pentaqon Q.Süleymaninin Prezident Donald Trampın təlimatı ilə öldürüldüyünü təsdiq edib.

Generalın ölümündən sonra D.Tramp Tvitter hesabında ABŞ bayrağının fotosunu paylaşıb.

Qeyd edək ki, bir qədər əvvəl İraqın paytaxtı Bağdadda hava limanının raket atəşinə tutulması nəticəsində azı 8 nəfərin öldüyü bildirilmişdi.

***

İranın Milli Təhlükəsizlik Şurası Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar təcili iclas keçirəcək.

Bu barədə Təhlükəsizlik Şurasının rəsmisi Keyvan Xosvari məlumat yayıb.

***

General Süleymaninin qәtli tәhlükәli və tәhrikedici addımdır.

Bu sözləri İran Xarici İşlәr naziri Mәhәmmәd Cavad Zәrif Tvitter sәhifәsindә yazıb.

“ABŞ öz hәrәkәtlәrinin mәnfi nәticәlәrinin şahidi olacaq”, – o qeyd edib.

Müstəqil.Az

Share: