…mən olmasam..yağış yağsa…

Esmira Məhiqızı

sonra birdən yağış yağsa, ən sevdiyimdən
sonra birdən külək əssə, ən sevdiyimdən..

bir balaca qız uşağı qaçsa yağışa
qollarını göylər qədər açsa küləyə

və birdən də bir quş gəlib nəsə oxusa,
oxuduğu o nəğmə də bahar qoxusa..

hər şey, hər şey gözəl olsa,
lap gözəl olsa..
və birdən də,
və birdən də..
yaaa..mən olmasam

mən olmasam..yağış yağsa, mənim yağışım,
mən olmasam..külək əssə, mənim küləyim,
harda isə o yağışda islanan quş tək,
bir sətirdə,
bir şeirdə çarpar ürəyim..

sonra birdən..ən sevdiyim külək əsməsə,
sonra birdən ..ən sevdiyim yağış yağmasa.
ya mən olsam,
ya mən olsam..heç nə olmasa

Esmira Mehiqızı adlı şəxsin şəkli.
Share: