İqbal Ağazadə, yoxsa Rauf Arifoğlu ?- SORĞU

2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müxtəlif fikirlər səslənir, proqnozlar verilir. Parlamentə düşmək istəyənlərin sırasında tanınmış ictimaii-siyasi xadimlərla yanaşı yeni adlar da az deyil. Növbədənkanar seçkilərdə ən çox müzakirə olunan dairələrdən biri Ümid Partiyasının sədri İqbal Ağazadə ilə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qarşılaşdığı 35 saylı Xətai üçüncü seçki dairəsidir.

Müstəqil.Az adı çəkilən seçki dairəsinin seçiciləri olan tanınmış yazarlardan hansı namizədin şansının daha çox olmasını soruşub.

Tanınmış yazıçı Aləm Kəngərli,

“Əlbəttə, həmin dairədən İqbal Ağazadənin böyük səs çoxluğu ilə qalib gələcəyinə məndə və mənə yaxın olan insanlarda heç bir şübhə yoxdur. Ancaq kimə mandat veriləcəyini deyə bilmərəm”, – deyə sorğuya cavab verib.

Şair Rafael Tağızadənin də fikrincə bu dairədən deputat mandatını Ümid Partiyasının sədrinin qazanmaq şansı daha çoxdur:

“Əlbəttə, İqbal Ağazadənin. Namizəd olduğu bütün dönəmlərdə o, bu dairənin qalibi olub. Etimad qazanıb. Seçicilər üçün həqiqi millət vəkili olduğundan seçicilər bu seçkidə də mütləq İqbal bəyə səs verəcəklər. İqbal bəy seçicilərinin sevimlisidir. Bunun hər zaman şahidi olmuşuq.”

Şair Faiq Balabəyli  mübarizənin çox gərgin keçəcəyini bildirib:
Hər iki namizəd seçicilərə yaxşı tanışdır.

“İqbal bəy bu dairədən seçilən yeganə deputatdır ki, seçicilər onu rəğbətlə xatırlayır. O, hamının deputatı olmağı bacardı. Ötən parlament seçkilərində də çox yüksək səslə qalib gəlmişdi. Sadəcə kiminsə barmağının işarəsi ilə seçicilərə qarşı hörmətsizlik oldu və cəmi 37 səs toplayan Araz Əlizadəyə mandat ötürüldü. Rauf Arifoğlu isə Araz Əlizadədən fərqli olaraq seçicicisi olan namizəddir. Ona görə də düşünürəm ki, bu dəfə belə saxtakarlğa yol verilməz. Hər iki namizəd bir-birlərinə hörmətlə yanaşacaq və mandat uğrunda mübarizəni keçdikləri həyat yoluna uyğun olaraq aparacaq. Adlarının saxta yolla seçilən deputat kimi hallanmasına razı olmayacaqlar. Buna onların şərəf və ləyaqətləri imkan verməz. Gərgin keçəcək mübarizədə mən İqbal Ağazadəni daha şanslı görürəm.”

Müstəqil.Az

 

336 baxılıb