Səfir geri çağırıldı

Moldova hökuməti üç ölkədən səfirin geri çağırılması barədə qərar qəbul edib.

Müstəqil.Az bildirir ki, bu barədə Moldova mətbuatı xəbər verir.

Bildirilir ki, geri çağırılan səfirlər arasında Azərbaycandakı diplomatik korpusun rəhbəri Georgi Leuka da var. Bundan başqa, Portuqaliyadakı səfir Dumitru Sokolan və Estoniyadakı səfir İnqa İonese də geri çağırılıb.

Məlumata görə, G.Leuka və D.Sokolan Moldova XİN-də dövlət katibləri vəzifəsində çalışacaqlar.

Müstəqil.Az

Share: