Serj Sərkisyan çox pis rəhbər olub.

Müstəqil.Az xəbər verir ki, bunu erməni biznesmen Xaçatur Sukiasyan jurnalistlərə açıqlamasında deyib.

“Sərkisyan hər şeyi özü, kürəkəni üçün edib. Mən Sərkisyanı çox yaxşı tanıyıram, onunla normal müzakirələrim olub”, – deyə o bildirib.

Sukiasyan Sərkisyanın həm də çox pis dost olduğunu söyləyib:

“Sərkisyan çox pis dostdur. Ona görə ki, Ermənistan qurulan zaman o, Qarabağdan gəldi və bütün köhnə dostlarını unutdu. Hətta prezidentliyi kimdən aldığını da unutdu”.

Qeyd edək ki, Sukiasyan Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın yaxın adamlarından biri olub

Müstəqil.Az 

54 baxılıb