Röya Ayxan Dadaş Dadaşlinskiyə ümüd verdi:- Bığlarınızı qırxsanız fikirləşərəm

Xalq artisti Röya Ayxan İctimai Televiziyada yayımlanan “3D” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, Dadaş Dadaşlinskinin “Röyanın ətrafında həmişə çılğın məhəbbət ab-havası olur. Bir dostum səninlə maraqlanır. Nə isə ola bilərmi?” sualına Röya Ayxan belə cavab verib: “Özünüzü deyirsiniz. Bığlarınızı qırxsanız fikirləşərəm” deyə cavab verib.

Dadaş Dadaşlinski daha sonar: “Lazım deyil, populyar adamın sevgilisi olmaq dəbdə deyil, təhlükəlidir. Məni də işdən çıxardarlar” deyib.

Röya Ayxan cavabında “Bunun günahı ətrafımızdır. Çox sağ olsunlar. Bəzilərinin həyatlarını elə vururlar” deyib.

Xalq artisti keçmiş həyat yoldaşı Anar Cəlilovun həbsdə olan atası Çingiz Cəlilovu müdafiə etməsinə də münasibət bildirib: “Həmişə onu müdafiə edəcəm. Çünki mənim ailəmdir. Onlar mənim canımdılar. Onlara dəyən daş mənə dəyir. Bizi birləşdirən sağlam körpü var, o da oğlum Hüseyndir”.

Röya Ayxan xalq artisti Brilliant Dadaşovanın Azərbaycan mahnısını oxuyan erməni əsilli müğənninin ifasına “super” şərhi yazmasına etiraz edib: “Bəs, niyə sonra şərhi pozdu. Deməli, etdiyinə güvənmək istəmədi. Mənim millətimi incidən adama super yazmaram. Brilliant xanımla razı deyiləm. Qarabağlıyam, nəslim-köküm əziyyət çəkir”.

Röya Ayxan plastik əməliyyat da etdiyini etiraf edib: “Bir-iki əməliyyat keçirmişəm. Belimi incələşdirmişəm. Artıq 40 yaşım var”.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb. Buna səbəb onun sevgilisi Pərvin Abıyeva ilə ad günü partisində yayılan videosu olub.

Müəllif: Rəqsanə Həsənova
Share: