Milli Məclisin sonuncu plenar iclası başlayıb.

Müstəqil.Az xəbər verir ki, iclasa spiker Oqtay Əsədov sədrlik edir.

Deputatlar “Tibbi sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Diaspor fəaliyyətində xidmətə görə”, “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında”, “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və digər qanun layihələrini, o cümlədən Ailə Məcəlləsində, Mülki Prosesual Məcəllədə dəyişiklikləri müzakirəyə çıxaracaq.

Müstəqil.Az

23 baxılıb