2020-ci il Türk dünyasının mədəniyyət paytaxtı Özbəkistanın Xivə şəhəri seçilib.

Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyindən verilən məlumata görə, bu barədə TURKSOY-a  üzv dövlətlərin 37-ci iclasında bildirilib.

Müstəqil.Az-ın xəbərinə görə, qərar Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Türmənistan nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.

Hazırda Oş şəhəri (Qırğızıstan) mədəniyyət paytaxtı statusuna sahibdir. Türk dünyasının ilk mədəniyyət paytaxtı isə 2012-ci ildə Astana olub.

Bundan başqa, bu titula Azərbaycanın Şəki, Türkiyənin Kastamonu, Qazaxıstanın Türküstan, Türkmənistanın Marı və RF-da yerləşən Tatarıstanın Kazan şəhəri layiq görülüblər.OXU.AZ

26 baxılıb