Noyabr ayının 30-da Xırdalan Mədəniyyət Evində Dünya Azərbaycanlılarının Həmrəylik gününə və  Kəlbəcər Uşaq İncəsənət məktəbinin müəllimi, pianist Arzu Xəlilovanın yaradıcılığının 10 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirin aparıcısı Ülkər Piriyeva qonaqları salamlayaraq, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə iştirakçıları təbrik etdi.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Tədbirdə Abşeron Rayon Mədəniyyət Mərkəzinin müdiri Arif Vəliyev, Kəlbəcər uşaq İncəsənət məktəbinin direktoru Bünyamin Cəfərov, şair Rəsmiyyə Sabir və başqaları çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə iştirakçıları təbrik etdilər və  Arzu Xəlilovaya yaradıcılıq uğurları arzuladılar. Tədbirdə Arzu Xəlilovanın tələbələri dünya və Azərbaycan klassik musiqisindən nümunələr səsləndirdilər.

Müstəqil.Az

49 baxılıb