Türkiyənin tanınmış “Elbistan Gündem haber” qəzetinin 9-cu ildönümü və mükafatlandırılma mərasimində Azərbaycan-Türk qardaşlığı xüsusi vurğulandı – FOTO

Azərbaycanlı ədəbiyyatçıların da könül körpüsü mükafatına layiq görüldüyü Türkiyənin “Elbistan Gündem haber” qəzetinin yaranmasının 9-cu ildönümü və mükafatlandırma mərasimi  təntənəli şəkildə qeyd olundu.

Kahramanmaraşa aid Elbistan rayon Bələdiyyə başqanı Mehmet Gürbüzün və  icra başçısı Özkan Demirin iştirakı ilə keçirilən tədbirdə bir sıra tanınmış,dəyərli insanlar iştirak ediblər.

Tədbirin xüsusi və özəl qonağı Turançı yazar Cahit Günayın  Qarabağ qazisi, tanınmış şair Süleyman Abdullanın göndərdiyi Azərbaycan bayrağını xəbər qəzetinin baş redaktoru və təsisçisi Hasan Hüseyn Temel bəyə təqdim etdikdən sonra Təbrizli şair Somayə Əsədlə bağlı xoş bir xatirədən də söz açması, Təbriz və Qarabağı xatırlatması  Azərbaycan-Türk qardaşlığının əbədi və sarsılmaz olmasını bir daha təsdiq etdi.

Sonra səhnəyə çıxan Türkiyənin tanınmış səs sənətçisi Ozan Savaş Korkmaz dəvətlilərə öz musiqi töhfəsi ilə unudulmaz anlar yaşatdı.

Xatırladırıq ki, 1-3 noyabrda Türkiyənin Adana şəhərində keçirilmiş “Uluslararası Türk dünyası Çukurova şeir və musiqi festivalında” Azərbaycandan gələn bir neçə şair və jurnalistlər  “Gündem haber” qəzeti tərəfindən “İlin ənləri” , “Könül elçisi” mükafatına layiq görülmüşdülər.

Ədəbi,mədəni ,dostluq ,qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsi naminə fəaliyyət göstərən hər kəsə Müstəqil.Az saytı və ölkəmiz adından sonsuz təşəkkürlərimizi bildirir, Hasan Hüseyn Temel bəyə,yaradıcı heyətinə və qəzetə daha böyük uğurlar,həmçinin uzun ömürlü olmasını arzu edirik.

 

Müstəqil.Az

Aysel Səfərli

Share: