Son iki il ərzində ümumilikdə Astara Gömrük postundan Azərbaycan ərazisinə iki dəfə erməni mənşəli məhsulun keçirilməsi cəhdinin qarşısı alınıb.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Astara Gömrük postunun rəisi, gömrük xidməti mayoru Habil Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

H.Mehdiyev onu da əlavə edib ki, bunların hər ikisi İran vətəndaşının üzərində aşkarlanıb:

“Biri Ermənistan istehsalı olan siqaret, digəri isə nərdtaxta olub. Hər ikisinin üzərində Ermənistan istehsalı olduğu qeyd edildiyi üçün məhsullar məhv edilib”.

34 baxılıb