Ərdoğan 3 ölkə ilə danışıqlar aparacaq – Ankaranın planı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınların vətənlərinə qayıtması üçün ölkəsinə maliyyə vəsaiti ayrılması məqsədilə Böyük Britaniya, Almaniya və Fransa ilə danışıqlar aparmaq niyyətindədir.

Müstəqil.Az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, danışıqlar 3-4 dekabr tarixlərində NATO-nun Londonda təşkil ediləcək sammiti zamanı baş tutacaq.

Bildirilib ki, rəsmi Ankara suriyalı qaçqınların vətənlərinə qaytarılması üçün oradakı infrastrukturu bərpa etmək niyyətindədir.

Share: