Təhsil Nazirliyinin innovasiyalar sektorunun müdiri Orxan Abbasovun iştirak etdiyi qrant layihələrin yekunu barədə Lənkəranda keçirilən tədbirdə iştirakçı idim. Orxan müəllim ətraf rayonlardan daha çox qalib layihələrin olduğunu vurğuladı. Tədbirdən qayıdanda yazacağım layihə haqqında düşünürdüm və mütləq qalib olmalıyam fikri məni yolboyu rahat buraxmırdı.

Elə də oldu. “İstedadlara dəstək “layihəmin icrası müvəffəqiyyətlə davam edir. Bu sözlər Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi”nin qalib layihələrdən olan “İstedadlara dəstək” layihəsinin müəllifi Məhbubə Şahbazoya aiddir. Məhbubə Şahbazova Masallı rayonu Bədəlan kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavinidir. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirən Məhbubə xanım 25 ildir ki,məzunu olduğu doğma məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir.
Yeniliyə açıq, daim axtarışda olan, Butun İKT bacarıqlara sahib olan müəllim “MİMİO XI İnteraktiv lövhə üzrə tədris”mövzusunda kursu,”İntel Gələcək üçün Təhsil” ixtisasartırma,kurikulumun tətbiqi üzrə ,eyni zamanda kompüter kurslarını müvəffəqiyyətlə bitirmişdir.
Təlimçi kimi də fəaliyyətini inkişaf etdirən müəllim bu yaxında “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”ndan rayonun Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət müdavimlərə kurs keçmişdir.Məhbubə Şahbazova 2018-2019-cu tədris ilini müəllimlik ömrünün ən uğurlu illərindən sayır.Belə ki,müəllim bu il iki böyük uğur əldə etmişdir.
Təhsil Nazirinin müvafiq əmrinə əsasən keçirilən Pedaqoji mühazirələrdə tərifnamə almış.qrant müsabiqəsinin qalibi olmuşdur.Qrant layihə haqqında fərəhlə söz açır Məhbubə müəllim. Layihə Masallı rayonunun ümumtəhsil məktəblərini əhatə edir.Məqsəd riyaziyyat və fizika fənlərindən rayon üzrə yüksək hədəflərə nail ola biləcək olimpiadaçılar yetişdirməkdir.Layihənin seçim turunda 600-ə yaxın məktəbli iştirak etmişdir ki,bunların arasından 40 şagird seçilərərək olimpiada dərslərinə cəlb olunmuşdur.
“Düşünürəm ki,bu layihə gələcək olimpiadaçıların uğur qazanmasına motivasiya olacaqdır”-deyə layihə müəllifi istedadlara dəstək olduğu üçün sevincini ifadə edir.Məhbubə Şahbazova deyir:-Layihənin icrası müddətində müxtəlif qurumların,xüsusilə rayon təhsil şöbəsinin rəhbərliyinin mənə xüsusi dəstəyini hər zaman hiss etdim.Masallı RTŞ-nin müdiri layihə rəhbəri olaraq məni qəbul etdi və layihənin rayonda həyata keçirilməsi üçün hər cür köməklik göstərilməsinə göstəriş verdi.
Buna görə Tariyel müəllimə xüsusi təşəkkürümü bildirirəm.Müəllimlik mənim üçün dünyanın ən müqəddəs peşəsidir.Bir ömrü bu peşəyə həsr etsəm,bu peşə ilə ucalmaq,nəfəs almaq,yaşlanmaq necə də gözəldir.
Şərafəddin İlkin,
“Orta təhsil” jurnalının baş redaktoru.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
129 baxılıb