İtaliya futbolunda Qadına şiddətə “qırmızı kart”

25 Noyabr Beynəlxalq Qadın Zorakılığına Qarşı Mübarizə Günü İtaliya futbolunda “qadın zorakılığına qırmızı vərəqə” kampaniyası başlandı.

Qadın zorakılığına “qırmızı kart” kampaniyasına dünənki Atalanta-Juventus matçında start verilib.
Qadınlara dəstək məqsədi ilə futbolçular və hakimlər üzlərinə qırmızı boya çəkiblər. Kampaniya bu gün və sabah davam edəcək.


Kampaniya Qadın və Uşaq Hüquqları Təşkilatı olan “We World” ilə birgə başladılıb.
İtalyan birinci liqası Serie A oyunçuları meydançaya qız uşaqları ilə birgə çıxıblar.  Qadınlara qarşı zorakılıq barədə məlumatlılığı artırmaq üçün stadionda xüsusi plakatlar da qoyulub.
Kampaniya ilə bağlı Seriya A belə deyib: “Ən vacib qırmızı vərəqə qadın zorakılığına qarşıdı”.
Serie A prezidenti Gaetano Micciche qadınlara qarşı zorakılığı “faciəli və qəbuledilməz bir hadisə” olaraq xarakterizə edib və futbolun ona qarşı ictimai fikir formalaşdırmaq üçün güclü vasitə olduğunu vurğulayıb.
Miciche əlavə olaraq “Biz Serie A olaraq öz üzərimizə düşəni etməyə hazırıq. Qadın zorakılığına qırmızı vərəqə göstərən oyunçularıma təşəkkür edirəm” deyib.


İTALİYADA HƏR 15 DƏQİQƏDƏ BİR QADIN ŞİDDƏTƏ MƏRUZ QALIR.
Serie A – nın sosial media hesablarında  “Biz qadınların və bütün şiddət qurbanlarının yanındayıq”, “Şiddətə qırmızı vərəqə çıxarırıq. Sükutu sonlandırmaq üçün sizinlə birlikdəyik”, – mesajları paylaşılıb.
Eures araşdırma agentliyinin keçən həftə açıqladığı məlumatlara görə 2018-ci ildə İtaliyada 142 cinayət törədilib. Bu cinayətlərin 119-u ailə üzvləri tərəfindən törədilib.
Polis məlumatlarına görə ölkədə hər 15 dəqiqədə bir qadın zorakılığa məruz qalır.
Noyabrın 25-də Beynəlxalq Qadın Zorakılığına Qarşı Mübarizə Günü ərəfəsində dünən paytaxt Romada yürüş keçirilib.
Təşkilatçıların dediyinə görə, “Qadın Hüquqları Hərəkatı” tərəfindən təşkil olunan nümayişdə 100 min insan iştirak edib. “Bir nəfər də azalmayacağıq” (Non Una di Meno). Polis İdarəsi iştirakçıların sayının 10 mindən çox olduğunu açıqlayıb.
Müstəqil.Az
Mənbə:
Qadinkimi.com
Share: