Əli HACI

bir payız yağış yağdı
üstünə yay sevgimin !
bir qışın yükü düşdü
üstünə yaz günümün !

günlərim sərxoş kimi
içdi meyi ömürdən .
günlərimə bənzədim
özüm də hərdən,hərdən !

qəribliyə çəkildim
uçdu sözümün damı.
söz içində dəfn edin
qəribliyin ADAMIN !

79 baxılıb