Tanınmış şair “El bizim sirr bizim” verilişində aparıcı olacaq

Tanınmış şair, saytımızın əməkdaşı Səhər Əhməd gələn həftədən etibarən “Space” telekanalında yayımlanan “El bizim sirr bizim” verilişində aparıcılıq edəcək.

Bu haqda Kulis.az a Səhər xanım özü məlumat verib.

O bildirib ki, üzümüzə gələn həftədən etibarən Elçin Əlibəyli ilə birlikdə verilişdə aparıcılıq edəcək. Onun gəlişi ilə yeniliklər də olacaq. Artıq bir neçə verilişin çəkilişləri uğurla aparılıb.

Share: