“Kitab evi ictimai birliyi” Azərbaycan Respublikasının Prezidenti Yanında “Qeyri-Hökumət” Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” adlı layihəsi çərçivəsində ” İmadəddin Nəsimi- 40 Qəzəl” adlı kitabı və qəzəllərin səsləndirildiyi disk işıq üzü görüb.

Kitabın tərtibatçısı  filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Adilə  Nəzər, qəzəllərin fars dilindən tərcüməçisi isə tanınmış şair, tərcüməçi  Dalğa Xatunoğludur.

12 noyabr,2019-cu il, saat 11:00- da Beynəlxalq Mətbuat Mərkəzində  kitabın və qəzəllərindən ibarət diskin təqdimat mərasimi keciriləcək.

Bütün Nəsimisevərlər dəvətlidir!

Qeyd: Təqdimatda iştirak edənlərə kitab və disk hədiyyə ediləcəkdir.

74 baxılıb