Vergilər Nazirliyinin əməkdaşı Azər Aslanov dünya çempionu oldu

Müstəqil.Az Kultura.az-a istinad edərək xəbər verir ki, Kiqboksing WKA versiyası üzrə İtalyanın Karara şəhərində 30.10.2019-03.11.2019-cu il tarixləri arasında keçirilən Dünya Çempionatında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşı Azər Aslanov qızıl medala layiq görülüb.

Bu münasibətlə Azərbaycan Kiqboksing Federasiyasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyev Azər Aslanovu qəbul edərək təbrik etdi, çoxsaylı ölkələrin iştirak etdiyi dünya çempionatında Azərbaycan Dövlət Himnini səsləndirdiyi və Bayrağını dalğalandırdığı üçün təşəkkürünü bildirdi.

Qeyd edək ki, Azər Aslanov bundan öncə də bir neçə dəfə dünya çempionu və kubokunun qalibi olmuşdur.

Müstəqil.Az

Share: