İran dünyaya meydan oxudu – Bu gündən etibarən…

İran bu gündən etibarən Fordodakı obyektdə uranın 5%-ə qədər zənginləşdirilməsinə başlayacaq.

Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi məlumat yayıb.

“Noyabrın 6-dan Fordodakı müəssisədə uranı 5% -ə qədər zənginləşdirəcəyik”, – deyə Salehi qeyd edib.

Onun sözlərinə görə, nüvə sazişinin bağlanmasından əvvəl İran Fordoda uranı 20% -ə qədər zənginləşdirdi: “Bu gün 20%-ə qədər zənginləşdirilmiş kifayət qədər uran ehtiyatımız var”./teleqraf

Share: