Bakıda küçədən körpə tapıldı – VİDEO

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.

Oxu.Az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub.

Körpə tapılandan sonra xəstəxanaya aparılıb.

Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil.

Müstəqil.Az

Share: