Qartal turistlərin gözləri qarşısında gürzəni diri-diri yeməyə başladı

Cənubi Afrikada Krüqer milli parkını ziyarət edən turistlər qartalın diri gürzəni parça-parça etməsinin şahidi olublar.

“Qafqazinfo”nun məlumatına görə, həmin görüntülər Yutubda “Kruger Sightings” kanalında yerləşdirilib.

Videonun müəllifi Qrem Mitçlinin sözlərinə görə, yolda sürünən ilanı görən qartal dərhal yerə enib. O, gürzəni diri-diri yeməyə başlayıb. Nəticədə ilanı iki yerə bölən qartal sonra uçub gedib.

Share: