Şəkidə Xan Sarayında irigövdəli ağacın budağı qırılıb insanların üstünə düşdü

Şəkidə Xan Sarayında irigövdəli ağacın budağının qırılması nəticəsində xəsarət alan yaralılardan dörd nəfər helikopter vasitəsilə Bakıya göndərilib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınığı, Sara Hasana sağ bud sümüyünün qapalı travması çanaqda, Farik Hasana sol incik sümüyünün sınığı, Al Hasan Samirəyə ağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub və helikopterlə Bakıya Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok vəziyyətində olan Xatirə Ağamalıyevanın isə Təcili Tibbi Yardım avtomobili ilə Travmatologiya İnstitutuna aparılması müzakirə olunur.

 

Share: