Gimnastımız Universiadada gümüş medal qazandı

İtaliyanın Napoli şəhərindəki XXX Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb.

Müstəqil.Az xəbər verir ki, bədii gimnastikanın fərdi yarışlarında Zöhrə Ağamirova çövnövçülük proqramında gümüş medala sahib olub.

4 hərəkətin cəmində 75,425 xal toplayan Ağamirova 32 iştirakçı arasında 2-ci yeri tutub. Qızıl medala 83,600 xalla rusiyalı Yekaterina Seleznyova, bürünc medala isə 72,600 xalla ABŞ təmsilçisi Laura Yihan Zenq layiq görülüb.

Qeyd edək ki, hazırda Azərbaycan 2 qızıl, 2 gümüş, 2 bürünc medalla 17-ci pillədə qərarlaşıb.

Müstəqil.Az

Share: