İqbal AĞAZADƏ: Kamal müəllim, oxucu kimi sizə haqqımı halal etmirəm

Ümüd Partiyasənən sədri İqbal Ağazadə Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdullaya müraciətlə özünün sosial şəbəkədəki divarında iradını bildirən status yayınlayıb. 

Müstəqil.Az statusu olduğu kimi təqdim edir:

“Hörmətli, Kamal Abdulla.

Mən həmişə sizə hörmət və ehtiramla yanaşmışam. Bu gün də sizə bir daha öz hörmətlərimi ifadə edirəm.

Amma… Mən uzun müddətdir rektoru olduğunuz universitetin müəlliməsinin sizə qarşı ittihamlar və iddialarla çıxış etdiyinin şahidiyəm. “Kim haqlıdır?” sualına cavab verməkdə çətinlik çəkirəm. İnanıram ki, mənim kimi sizi tanıyan hər kəs bu vəziyyətə təəssüf edir. Siz haqlısınız, yoxsa Vüsalə xanım? Nədən ictimaiyyət, jurnalistlər qarşısında açıq bir dialoq təşkil etmirsiniz? Nədən o gənc xanımın səsini eşitmirsiniz? Yoxsa Siz də illərimizi əlimizdən alan, xalqda ümidsizlik yaradan əksəriyyət kimi sadəcə bir iqtidar məmuruna döndünüz? Belədirsə yazmayın daha, əlinizə qələm almayın, gəncliyə nəsihət verməyə qalxmayın. Məmur olun – həm də bu iqtidarın məmuru.

P. S. Kamal müəllim, ya o gənc alimin haqqını verin, ya da haqlı olduğunuzu cəmiyyətə sübut edin. Yoxsa bir oxucu kimi sizə haqqımı halal etmirəm.”

Müstəqil.Az

Share: