İyunun 30-da Milli Hüquq evində “Günəşin Nuru 2” antologiyasının növbəti təqdimatı keçirildi.
Təqdimatdan əvvəl antologiyada şeirləri nəşr olunmuş gənc yazarlar AYTV1 kanalında “Günəşin Nuru” verilişinin qonağı oldular.
Veriliş boyu müxtəlif mövzulu şeirlər səsləndirən şairlər izləyicilərə xoş ovqat yaşatdılar. AYTV1 kanalının və “Günəşin Nuru” layihəsinin rəhbərlərinin təqdim etdiyi “İstedad Diplomu” qəlbi sözlə çağlayan şairlərin yaradıcılığına verilən böyük dəyərin göstəricisi kimi qiymətləndirildi. Sonda bütün iştirakçılarla birlikdə tort kəsildi, xatirə şəkilləri çəkildi. Verilişdən sonra təqdimat keçiriləcəyi məkana yollanan iştirakçılar burada da bölgələrdən gəlmiş digər şairləri və qonaqları qarşıladılar. Tədbiri qonaqları salamlamaqla açıq elan edən Esmira Günəş ilk olaraq bu layinənin məqsədindən, ədəbiyyata olan faydasından, az zamanda çox uğur qazandığından danışaraq hər bir şairi bu münasibətlə təbrik etdi, onlara yeni-yeni yaradıcılıq nailiyyətləri arzuladı.
“Günəşin Nuru 2” antologiyasında iştirak edən şairlərdən Aslan Tərtərlinin, Ayşən Rəhimin,
Eltəkin Hümbətin, Hünər Zəkinin, Qərənfil Arifqızının, İmran Zərdablının, Natiq Dənizin, Ömər Səmədovun, Səbuhi Səfəroğlunun, Seyyid Mirisgəndər Məlikoğlunun, Səbahəddin Məmmədovun, Sevil Gül Nurun iştirak etdiyi tədbirdə şairlər növbə ilə öz ürək sözlərini söyləyib, şeirlərini səsləndirdilər. Təqdimatda iştirak edə bilməyən, lakin şeirləri antologiyada yer alan İmran Aşiqin, Ceyhun Adiloğlunun, Çiçək Tağıyevanın, Fatimə Səhhətqızının, Nahidə Elmanın, Orxan Məmmədovun, Şəhla Vahidin və Ülviyyə İbrahimovanın şeirlərini isə digər şairlər səsləndirdi. Həmçinin təqdimatda qonaq qismində iştirak edən gənc şairlərdən Hidayət Sönməz, Asim Sabiroğlu və Dəniz Ruzgar da ürək sözlərini dilə gətirərək gənclərin uğuruna sevindiklərini bildirdilər. Çəkilişini AZ.press.AZ saytının etdiyi təqdimatda “Günəşin Nuru 2” kollektivi istedad diplomu ilə təltif olundu. Sonda şairlər qonaqlara imzalı kitablarını hədiyyə etdilər və xatirə şəkilləri çəkdirdilər.
Müstəqil.Az
82 baxılıb