Çindən yola çıxan yük qatarı Ələtə çatdı

Çinlə Azərbaycan əməkdaşlığına əsasən Sian-Bakı blok qatarının qarşılanması mərasimini keçirilir.

Əməkdaşlıq çərçivəsində Çindən gələn qatarlar Xəzərdən keçməklə Azərbaycandan tranzit olaraq Bakı-Tbilisi Dəmir yolu vasitəsi ilə Avropaya, Türkiyəyə, oradan isə bütün Avropa ölkələrinə yük daşıyacaq.

Qeyd edək ki, Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və “Türküstan” gəmisi ilə Ələt limanına yola salınıb.

Layihə  bu ilin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid  Qurbanovun iştirakı ilə qurumun  törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət  2019-cu ildə 30  konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

 

293 baxılıb